Marketinq və retail üzrə mütəxəssis

Zeytun Pharmaceuticals Son tarix: 16 dekabr 2026 18

Vəzifə öhdəlikləri

Vəzifənin məqsədi apteklərdə marketinq fəaliyyətlərinin, çap və promo materiallarının, tədbir və çəkilişlərin təşkilini və vaxtında icrasını təmin etməkdir.

Əsas vəzifə öhdəlikləri

  • Zeytun və Pharmastore apteklərində təsdiqlənmiş marketinq kampaniyalarının və promo fəaliyyətlərin icrasını koordinasiya etmək.
  • Poster, flayer, stiker, rəf və digər aptekdaxili reklam materialları üzrə ehtiyacları toplamaq, say və yerləşdirmə planlarını hazırlamaq.
  • Dizaynerlərə məzmun, ölçü və texniki tələblər üzrə aydın briflər vermək, materialları təsdiqə təqdim etmək.
  • Çap və istehsal işlərini Təchizat departamenti ilə koordinasiya etmək, materialların keyfiyyətini, vaxtında hazırlanmasını, çatdırılmasını və düzgün yerləşdirilməsini izləmək.
  • Promo və hədiyyə məhsulları üzrə ehtiyacları planlaşdırmaq, nümunələrin sifarişdən əvvəl təsdiqə təqdim olunmasını və sifariş prosesinin koordinasiyasını təmin etmək.
  • Tədbir, konfrans, sərgi və aptek açılışları üzrə təşkilati işləri, stend və material təminatını, logistika və quraşdırılma proseslərini koordinasiya etmək.
  • Apteklərin fasad, giriş və daxili brendləşmə materialları üzrə dizayn və tətbiq işlərini aidiyyəti şöbələrlə əlaqələndirmək.
  • Foto və video çəkilişləri üçün apteklərlə əlaqə saxlamaq, iştirakçıları və vaxtları razılaşdırmaq, təşkilati hazırlığı təmin etmək.
  • Promo və çap materiallarının qalıq və paylanma uçotunu aparmaq, görülən işlər və təsdiqlənmiş büdcə üzrə xərclər barədə hesabat hazırlamaq.
  • Tapşırıqların icra müddətlərini izləmək, gecikmə və problemləri vaxtında bildirmək, vəzifə funksiyalarına uyğun digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Ali təhsil (marketinq, biznesin idarə edilməsi, kommunikasiya və ya digər müvafiq sahələr üzrə).
  • Marketinq, retail marketinqi və ya tədbirlərin təşkili sahəsində minimum 2 il iş təcrübəsi.
  • Çap və promo materialları, təchizatçılar və tədbirlərin təşkilati işləri ilə bağlı praktiki təcrübə.
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət; rus və ingilis dili biliyi üstünlükdür.
  • MS Office, xüsusilə Excel və PowerPoint ilə işləmək, uçot və hesabat hazırlamaq bacarığı.
  • Bir neçə işi paralel planlaşdırmaq, prioritetləri müəyyənləşdirmək və intensiv iş rejimində son tarixlərə riayət etmək bacarığı.
  • Güclü təşkilatçılıq və ünsiyyət bacarığı, detallara diqqət, operativlik və komanda ilə işləmək bacarığı.

İş şəraiti

  • İş yeri – BEGOC Biznes Mərkəzi (Bakı, Zərifə Əliyeva küç., 93).
  • Tibbi sığorta və nahar.
  • Peşəkar təlim və inkişaf imkanları.
  • Əməkhaqqı: 

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot