E-ticarət xidmətləri üzrə marketinq mütəxəssisi
Vəzifə öhdəlikləri
Təsvir
Shop & Ship — xaricdən onlayn alış-verişlərin çatdırılması xidmətimizin inkişafına töhfə verəcək əməkdaş axtarırıq. Bu vəzifənin əsas məqsədi marketinq komandası ilə birlikdə yeni müştərilərin cəlb edilməsi, mövcud müştərilərin aktivliyinin və sifarişlərin artırılmasıdır.
Əsas vəzifə öhdəlikləri:
- Shop & Ship xidmətinin satış və marketinq planlarının hazırlanması və təsdiqlənmiş tədbirlərin icrasını təmin etmək;
- Yeni müştəri seqmentlərini müəyyənləşdirmək və onların cəlb edilməsi üçün təkliflər hazırlamaq;
- Qeydiyyatdan keçmiş, lakin ilk sifarişini etməmiş müştərilərin aktivləşdirilməsi üçün kampaniyalar həyata keçirmək;
- Təkrar sifarişləri və müştəri loyallığını artırmaq, müştəri itkisini azaltmaq üçün təşəbbüslər hazırlamaq;
- Marketinq komandası və xidmət göstərən agentliklə birlikdə rəqəmsal kampaniyaları planlaşdırmaq, icrasını koordinasiya etmək və nəticələrini ölçmək;
- Korporativ müştərilər, influenserlər və potensial tərəfdaşlarla birgə kampaniya və əməkdaşlıq imkanlarını inkişaf etdirmək;
- Rəqiblərin qiymət, kampaniya və xidmətlərini, eləcə də müştərilərin alış davranışlarını təhlil etmək;
- Xidmətin tanınmasını və bazar payını artırmağa yönəlmiş təkliflər vermək;
- Kampaniyalar üçün məzmun və vizual materiallara dair briflər hazırlamaq;
- Yeni və aktiv müştəri sayı, ilk və təkrar sifarişlər, müştəri cəlbetmə xərci və kampaniya effektivliyi üzrə hesabatlar hazırlamaq.
Tələblər
- Marketinq, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
- Rəqəmsal kampaniyaların planlaşdırılması və nəticələrinin təhlili üzrə praktiki təcrübə;
- Meta Ads, Google Ads və Google Analytics alətləri üzrə biliklər;
- Müştəri seqmentləşdirilməsi, müştəri cəlbi və loyallıq kampaniyaları barədə anlayış;
- Excel və ya Google Sheets vasitəsilə məlumatları təhlil etmək və hesabat hazırlamaq bacarığı;
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
- Analitik düşüncə, təşəbbüskarlıq, planlama və komanda ilə işləmək bacarığı.
Üstünlük veriləcək:
- E-ticarət, karqo, logistika xidmətlərində iş təcrübəsi;
- CRM sistemləri, e-mail, SMS və push bildiriş kampaniyaları ilə iş təcrübəsi;
- Müştəri və sifariş sayının artırılması üzrə ölçülə bilən nəticələr;
- Türk və ingilis dili bilikləri.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Könüllü tibbi sığorta
- Push30 dəstəyi
Oxşar vakansiyalar