Haqqımızda
EasyJob iş elanları sahəsində ixtisaslaşmış və işəgötürənlərlə iş axtaranları bir araya gətirən bir platformadır. Müxtəlif sahələr üzrə vakansiyaları və təklifləri bir araya toplayaraq, hər iki tərəfin tələblərinə uyğun həllər təklif edir.
Şirkətin əsas məqsədi, əmək bazarında effektiv əlaqə yaratmaq və vakansiya və ya iş axtarış prosesini daha sadə və şəffaf etməkdir.
Platformada iş elanlarını yerləşdirmək, müraciətləri izləmək və işə qəbul prosesini daha rahat idarə etmək mümkündür.
Şirkətin əsas dəyərləri sürət, sadəlik, etibarlılıq və hər kəs üçün əlçatanlıqdır.
Platformanın əsas funksiyaları və üstünlükləri:
Sürətli və Effektiv Axtarış: İş axtaranlar öz peşə bacarıqlarına uyğun vakansiyaları asanlıqla tapmaq üçün geniş axtarış filtrlərindən istifadə edə bilirlər. Şirkətin yenilikçi axtarış sistemi, istifadəçilərin ehtiyaclarına uyğun olaraq fərdiləşdirilmiş nəticələr göstərir.
Əmək Bazarı Analizləri: Şirkət, istifadəçilər üçün ən aktiv və vacib olan vakansiyaları sizin üçün yerləşdirir.
EasyJob müasir texnologiyaları istifadə edərək iş axtarışı və işə qəbul prosesini sürətləndirməyi və hər kəs üçün sadə və təhlükəsiz iş platforması yaratmağı əsas məqsəd kimi qarşısına qoyur.
Qaydalar
Saytımızda vakansiya yerləşdirmək tamamilə pulsuzdur. Buna görə də "Vakansiya yerləşdir" bölməsinə daxil olub vakansiyanızı yerləşdirə bilərsiniz. Bəzi qaydalara isə əməl etməyiniz vacibdir:
1. Vakansiyalar leksik və orfoqrafik qaydalara uyğun şəkildə sayta yerləşdirilməlidir.
2. Vakansiya səhifəsində bütün məlumatlar dəqiq olmalıdır. Şirkət adı, vəzifə öhdəlikləri, tələblər və s.
3. Vakansiyaların saytda mövcud olma müddəti 30 gündür.
4. Əmək haqqı AZN ilə göstərilməlidir.
5. Şəbəkə üsulu marketinq növündə olan vakansiyalar qəbul olunmur.
6. Vakansiyada dərc olunan məlumatlar reallığı əks etdirməlidir. Başqa bir şirkətin adından istifadə edib açılan yalan iş elanlarının paylaşılması qadağandır.
7. Elan yerləşdirildən sonra 1-2 iş müddətində qaydalara uyğundursa saytda dərc edilir.