Kopirayter / Kontent yaradıcısı
Vəzifə öhdəlikləri
Təsvir
- Hədəf auditoriyanın maraqlarına və şirkətin marketinq məqsədlərinə uyğun kontent strategiyalarının hazırlanması və həyata keçirilməsi;
- Veb-sayt, bloq, sosial media, video və digər rəqəmsal platformalar üçün kreativ və cəlbedici məzmunun hazırlanması;
- Reklam mətnlərinin və sloqanların yazılması, redaktə edilməsi, həmçinin rus və ingilis dillərinə adaptasiyası;
- SEO tələblərinə uyğun mətnlərin, bloq yazılarının və digər rəqəmsal məzmunun hazırlanması;
- Şirkətin veb-saytının mövcud kontentinin təhlil edilməsi və təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
- Kontentin vizual və məzmun baxımından effektivliyini təmin etmək məqsədilə dizayn komandası ilə sıx əməkdaşlıq edilməsi;
- Rəqiblərin rəqəmsal platformalardakı fəaliyyətinin və kontent strategiyalarının təhlil edilməsi;
- Kontent təqviminin (Content Calendar) hazırlanması və mütəmadi idarə olunması, məzmunun müvafiq platformalarda vaxtında paylaşılmasının təmin edilməsi;
- Kontent trendlərinin, auditoriya ehtiyaclarının və yeni texnoloji həllərin izlənilməsi, onların kontent proseslərinə tətbiqi;
- Hazırlanan məzmunun Azərbaycan dilinin orfoqrafik, qrammatik və üslub normalarına uyğunluğunun təmin edilməsi.
Tələblər
- Ali təhsil;
- Kopiraytinq, kontent yaradılması və ya rəqəmsal marketinq sahəsində (korporativ mühitdə və ya reklam agentliyində) minimum 3 il iş təcrübəsi;
- CMS platformaları ilə işləmək bacarığı;
- Microsoft Office proqramları və SEO alətləri (Semrush və s.) ilə işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst və yüksək səviyyədə yazı və ünsiyyət bacarığı;
- İngilis dili – əla, rus dili – yaxşı səviyyədə;
- Süni intellekt alətlərindən kontent yaradılması və optimallaşdırılması məqsədilə effektiv istifadə bacarığı;
- Güclü yazılı kommunikasiya, kreativ yanaşma və mətn redaktəsi bacarıqları;
- Analitik düşünmə, araşdırma və məlumatları təhlil etmə qabiliyyəti;
- Operativlik, dəqiqlik, məsuliyyətlilik və yüksək icraçılıq bacarığı;
- Komanda ilə işləmək və müxtəlif funksional istiqamətlərlə effektiv əməkdaşlıq etmək bacarığı;
- Rəqəmsal texnologiyalar və kontent sahəsində yeniliklərdən xəbərdar olmaq üstünlükdür.
Vakansiya növü - Tam ştat
Oxşar vakansiyalar