S
Kreativ kontent üzrə mütəxəssis
Vəzifə öhdəlikləri
Supertoys komandamıza kreativ düşüncəli, yeniliklərə açıq, fərqli ideyalar yaratmağı bacaran və sosial media trendlərini yaxından izləyən Kreativ kontent üzrə mütəxəssis axtarırıq.
Namizədin əsas vəzifəsi brendin sosial media platformaları və marketinq kampaniyaları üçün maraqlı, fərqli və diqqətçəkən kontent ideyaları, video ssenariləri və kreativ konseptlər hazırlamaq olacaq.
- Supertoys-un sosial media platformaları üçün kreativ video və kontent ideyalarının hazırlanması;
- TikTok, Instagram Reels və digər platformalar üçün video ssenarilərinin yazılması;
- Reklam çarxları, məhsul təqdimatları və kampaniya videoları üçün yaradıcı konseptlərin hazırlanması;
- Mövsümi kampaniyalar, xüsusi günlər və brend layihələri üçün kreativ yanaşmaların işlənib hazırlanması;
- Aktual trendlərin, viral formatların və sosial media yeniliklərinin araşdırılması və brendə uyğunlaşdırılması;
- Məhsulların fərqli, maraqlı və diqqətçəkən formada təqdim edilməsi üçün ideyaların hazırlanması;
- Reklam mətnləri, sloqanlar, video girişləri (Hook) və çağırış mesajlarının yazılması;
- Kontent çəkilişləri üçün yaradıcı istiqamətin və ssenari strukturunun müəyyənləşdirilməsi;
- Çəkiliş və montaj komandası ilə əməkdaşlıq edərək ideyaların reallaşdırılmasında iştirak etmək;
- Rəqiblərin kontent strategiyalarını izləmək və yeni kreativ həllər təklif etmək;
- Brendin tanınmasını, auditoriya marağını və sosial media üzərindən satışları artıracaq kreativ layihələr təklif etmək.
Tələblər
- Kreativ düşüncə və güclü ideya yaratmaq bacarığı;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Reklam və video ssenarilərinin hazırlanması üzrə bacarıq;
- TikTok, Instagram Reels və digər sosial media platformalarının iş prinsipini bilmək;
- Sosial media trendlərini izləmək və onları yaradıcı formada tətbiq etmək bacarığı;
- Güclü müşahidə və araşdırma qabiliyyəti;
- Fərqli auditoriyalar üçün uyğun kommunikasiya dili formalaşdırmaq bacarığı;
- Komanda ilə işləmək və ideyalarını təqdim etmək bacarığı;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
Üstünlükdür:
- Marketinq, reklam və ya kontent sahəsində iş təcrübəsi;
- Reklam agentliklərində və ya kreativ komandada iş təcrübəsi;
- Portfolio və əvvəlki ssenari nümunələrinin olması;
Təklif etdiyimiz şərtlər:
- İş qrafiki: Tam iş günü;
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir.
Mövzu hissəsində “Kreativ kontent üzrə mütəxəssis”qeyd edərək CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Oxşar vakansiyalar