Satış üzrə menecer
Vəzifə öhdəlikləri
- Bazar araşdırmalarının aparılması, potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsi;
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
- Xidmətin satışına aid sorğuların cavablandırılması, tələbin öyrənilməsi və tələbə uyğun məhsulların təklif olunması;
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili və təqdimatların keçirilməsi;
- Potensial müştərilərlə qiymət təkliflərinin və satış şərtlərinin razılaşdırılması
- Razılaşdırılmış satış şərtləri üzrə müqavilələrin bağlanması;
- Korporativ satışın icrası üçün lazımi müqavilə və sənədlər toplusunun hazırlanması;
- Satışla bağlı məlumatların müvafiq proqram təminatlarında qeyd edilməsi;
- Satışdan sonra müştərilərlə əlaqə saxlayıb onlardan rəylərin alınması və müştəri məmnuniyyətinin yoxlanılması;
- Müştəri narazıçılıqlarının ətraflı dəqiqləşdirilməsi və ehtiyyac olduğu halda müfaviq şöbələrə yönləndirilməsi;
- Satışın artırılması üçün mövcud müştərilərlə məhsullarla bağlı çarpaz təkliflər hazırlanması;
- Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması;
- Müştəri narazılıqlarının idarə edilməsi;
- Şöbə rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Şəxsi inkişafa meyilli, nəticə üçün işləmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Yaxşı ünsiyyət qurmaq, peşəkar şəkildə canlı danışıqlar və rəsmi yazışmalar aparmaq bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- Korporativ satış sahəsində minimum 1 illik iş təcrübəsi olması üstünlükdür;
- Azərbaycan dilini səlis, rus dilini bilməsi üstünlükdür.
İş şəraiti
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə,
- 6 günlük iş rejimi (6.gün saat 13:00-dək),
- Satışdan bonus.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Satış üzrə menecer” qeyd edərək CV formasını qeyd edilmiş elektron ünvana göndərə bilərlər.
Oxşar vakansiyalar
Customer Service Representative
Positive Call CenterOnlayn Satış üzrə Mütəxəssis
Ram Solutions MMCKorporativ və topdan satış üzrə köməkçi
Olivia Beauty & CareOnlayn satış kanalları ilə iş şöbəsinə k...
Bank Respublika ASCOperator
Kontakt Home
A
Müştərilərlə əlaqələr üzrə kiçik mütəxəs...
Auto Azerbaijan