Qeydiyyatçı
Vəzifə öhdəlikləri
Hilton Garden Inn Baku komandasının bir hissəsi olun və karyeranızı inkişaf etdirin!
Vəzifə öhdəlikləri:
- Otelin qayda, prosedur və standartlarına müvafiq olaraq gülərüz və nəzakətlə Otelimizə gələn qonaqları qeydiyyata alır, onlara otaqlar təqdim edir və otelimizi tərk edən qonaqları qeydiyyatdan çıxarır;
- Qonaqların otaq üçün etdiyi ödənişi qəbul edir. Qonaqların hesablarını müəyyən edir və onlara qaimənin bir nüsxəsini təqdim edir;
- Qonaqların bütün suallarına və tələblərinə istər telefon vasitəsilə, istərsə də şəxsən qonaqların özünə nəzakətlə və gülərüzlə cavab verir, məlumat qəbul edir və ya qonaqları məlumatla təmin edir;
- Brend məlumatlarına ciddi yiyələnməklə brend standartlarının tələblərinə riayət etmək;
- Maliyyə sənədlərinin saxlanılması, nağd pulların idarə edilməsi və lisenziyalaşdırma ilə bağlı otelin, şirkətin, habelə yerli qaydada müəyyən edilmiş qaydalar, siyasətlər və prosedurlara riayət olunduğunu təmin etmək;
- Otaqların bron edilməsi və əgər tələb olunarsa edilmiş bronların ləğv edilməsi proseduraları haqqında biliklərə sahib olmaq
Tələblər
- Təhsil: Ali təhsil arzuolunandır (xüsusilə İdarəetmə, Turizm və Otelçilik, Biznes İdarəetməsi və ya oxşar sahələrə üstünlük verilir);
- Otelçilik sahəsində ən azı 1 il iş təcrübəsi arzuolunandır;
- Yaxşı səviyyədə Opera PMS biliyi;
- Effektiv ünsiyyət, problem həll etmə və qərar qəbul etmə qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan dili, İngilis dili
İş şəraiti
- İşçilər üçün yeməklər işçi kafeteriyasında təmin olunur
- Hilton otellərində, yalnız özünüz üçün deyil, həm də ailə üzvləriniz və dostlarınız üçün endirimli qalma imkanı, işə başladığınız gündən etibarən!
- TABİA Group-a aid bir çox otel və SPA mərkəzlərində endirimlər
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Qeydiyyatçı” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Oxşar vakansiyalar