Qeydiyyatçı

Hilton Garden Inn Baku Son tarix: 02 March 2026 222

Vəzifə öhdəlikləri

Hilton Garden Inn Baku komandasının bir hissəsi olun və karyeranızı inkişaf etdirin!

Vəzifə öhdəlikləri:

  • Otelin qayda, prosedur və standartlarına müvafiq olaraq gülərüz və nəzakətlə Otelimizə gələn qonaqları qeydiyyata alır, onlara otaqlar təqdim edir və otelimizi tərk edən qonaqları qeydiyyatdan çıxarır;
  • Qonaqların otaq üçün etdiyi ödənişi qəbul edir. Qonaqların hesablarını müəyyən edir və onlara qaimənin bir nüsxəsini təqdim edir;
  • Qonaqların bütün suallarına və tələblərinə istər telefon vasitəsilə, istərsə də şəxsən qonaqların özünə nəzakətlə və gülərüzlə cavab verir, məlumat qəbul edir və ya qonaqları məlumatla təmin edir;
  • Brend məlumatlarına ciddi yiyələnməklə brend standartlarının tələblərinə riayət etmək;
  • Maliyyə sənədlərinin saxlanılması, nağd pulların idarə edilməsi və lisenziyalaşdırma ilə bağlı otelin, şirkətin, habelə yerli qaydada müəyyən edilmiş qaydalar, siyasətlər və prosedurlara riayət olunduğunu təmin etmək;
  • Otaqların bron edilməsi və əgər tələb olunarsa edilmiş bronların ləğv edilməsi proseduraları haqqında biliklərə sahib olmaq

Tələblər

  • Təhsil: Ali təhsil arzuolunandır (xüsusilə İdarəetmə, Turizm və Otelçilik, Biznes İdarəetməsi və ya oxşar sahələrə üstünlük verilir);
  • Otelçilik sahəsində ən azı 1 il iş təcrübəsi arzuolunandır; 
  • Yaxşı səviyyədə Opera PMS biliyi;
  • Effektiv ünsiyyət, problem həll etmə və qərar qəbul etmə qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dili, İngilis dili 

İş şəraiti

  • İşçilər üçün yeməklər işçi kafeteriyasında təmin olunur
  • Hilton otellərində, yalnız özünüz üçün deyil, həm də ailə üzvləriniz və dostlarınız üçün endirimli qalma imkanı, işə başladığınız gündən etibarən!
  • TABİA Group-a aid bir çox otel və SPA mərkəzlərində endirimlər

Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Qeydiyyatçı” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot