Call operator

Superfon Son tarix: 29 мая 2026 160

Vəzifə öhdəlikləri

İş yeri: Bakı şəhəri

  • Topdan müştəri bazasının CRM sistemi üzərində effektiv şəkildə idarə edilməsi, müştəri məlumatlarının strukturlaşdırılması, aktual saxlanılması və mütəmadi olaraq yenilənməsinin təmin edilməsi
  • Müştəri davranışlarının – satınalma tezliyi, orta sifariş məbləği və ümumi satış dinamikasının analiz edilməsi; aktiv, passiv və riskli müştəri qruplarının vaxtında müəyyənləşdirilməsi və hesabatlandırılması
  • Satış komandasına prioritet müştəri siyahılarının hazırlanıb təqdim edilməsi; kampaniya və satış aksiyalarının müştərilərə düzgün şəkildə çatdırılmasının koordinasiyası və nəticələrinin ölçülməsi
  • Müştərilərdən daxil olan zənglərin qəbul edilməsi, müraciətlərin operativ şəkildə cavablandırılması və yaranan problemlərin CRM sistemi üzərindən effektiv şəkildə həll edilməsi və izlənməsi
  • Soyuq satış modelinə uyğun hazırlanacaq məhsul kataloqlarının strukturunun satış strategiyasına uyğun şəkildə formalaşdırılması, texniki idarə olunması və davamlı optimallaşdırılması
  • Məhsul məlumatlarının sistemli şəkildə toplanması, texniki xüsusiyyətlərin vahid standartlara uyğunlaşdırılması və kataloq yenilənmələrinin vaxtında və dəqiq şəkildə icrasına nəzarət edilməsi.

Tələblər

  • Minimum 1 ilə yaxın müvafiq sahə üzrə iş təcrübəsinə malik olmaq
  • CRM sistemlərində  işləmə bacarığına sahib olmaq və bu sistemlərə operativ adaptasiya olunmaq
  • MS Excel proqramında yüksək səviyyədə işləmək
  • Canva və ya PowerPoint vasitəsilə sadə, vizual olaraq səliqəli və satışa uyğun kataloq və təqdimatlar hazırlamaq bacarığı
  • Texniki məhsulları (elektronika, aksesuarlar və s.) sürətli mənimsəmək və mürəkkəb xüsusiyyətləri müştəri üçün sadə və anlaşılan dildə izah etmək
  • Azərbaycan dilində səlis danışmaq və peşəkar işgüzar yazışma aparmaq
  • Müştəri ilə ünsiyyətdə emosional balansı qorumaq və yaranan problemlərə operativ, düzgün həllər təqdim etmə bacarığı
  • Ali təhsilə malik olmaq (arzuolunandır)
  • Analitik düşüncə və hesabatvermə qabiliyyəti
  • Komandada işləməklə yanaşı müstəqil qərarvermə bacarığı göstərmək
  • Satış və müştəri yönümlü yanaşma sərgiləmək, məsuliyyətli və intizamlı olmaq

Təminatlar:

  •  Nahar ilə təmin edilmə;
  •  Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  •  Karyera yüksəlişi imkanı;
  •  Korporativ mobil nömrə.

CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu bölməsində vəzifə adını - “Call operator” yazıb göndərməklə müraciət edə bilərsiniz. 

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot