S
Call operator
Vəzifə öhdəlikləri
İş yeri: Bakı şəhəri
- Topdan müştəri bazasının CRM sistemi üzərində effektiv şəkildə idarə edilməsi, müştəri məlumatlarının strukturlaşdırılması, aktual saxlanılması və mütəmadi olaraq yenilənməsinin təmin edilməsi
- Müştəri davranışlarının – satınalma tezliyi, orta sifariş məbləği və ümumi satış dinamikasının analiz edilməsi; aktiv, passiv və riskli müştəri qruplarının vaxtında müəyyənləşdirilməsi və hesabatlandırılması
- Satış komandasına prioritet müştəri siyahılarının hazırlanıb təqdim edilməsi; kampaniya və satış aksiyalarının müştərilərə düzgün şəkildə çatdırılmasının koordinasiyası və nəticələrinin ölçülməsi
- Müştərilərdən daxil olan zənglərin qəbul edilməsi, müraciətlərin operativ şəkildə cavablandırılması və yaranan problemlərin CRM sistemi üzərindən effektiv şəkildə həll edilməsi və izlənməsi
- Soyuq satış modelinə uyğun hazırlanacaq məhsul kataloqlarının strukturunun satış strategiyasına uyğun şəkildə formalaşdırılması, texniki idarə olunması və davamlı optimallaşdırılması
- Məhsul məlumatlarının sistemli şəkildə toplanması, texniki xüsusiyyətlərin vahid standartlara uyğunlaşdırılması və kataloq yenilənmələrinin vaxtında və dəqiq şəkildə icrasına nəzarət edilməsi.
Tələblər
- Minimum 1 ilə yaxın müvafiq sahə üzrə iş təcrübəsinə malik olmaq
- CRM sistemlərində işləmə bacarığına sahib olmaq və bu sistemlərə operativ adaptasiya olunmaq
- MS Excel proqramında yüksək səviyyədə işləmək
- Canva və ya PowerPoint vasitəsilə sadə, vizual olaraq səliqəli və satışa uyğun kataloq və təqdimatlar hazırlamaq bacarığı
- Texniki məhsulları (elektronika, aksesuarlar və s.) sürətli mənimsəmək və mürəkkəb xüsusiyyətləri müştəri üçün sadə və anlaşılan dildə izah etmək
- Azərbaycan dilində səlis danışmaq və peşəkar işgüzar yazışma aparmaq
- Müştəri ilə ünsiyyətdə emosional balansı qorumaq və yaranan problemlərə operativ, düzgün həllər təqdim etmə bacarığı
- Ali təhsilə malik olmaq (arzuolunandır)
- Analitik düşüncə və hesabatvermə qabiliyyəti
- Komandada işləməklə yanaşı müstəqil qərarvermə bacarığı göstərmək
- Satış və müştəri yönümlü yanaşma sərgiləmək, məsuliyyətli və intizamlı olmaq
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- Karyera yüksəlişi imkanı;
- Korporativ mobil nömrə.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu bölməsində vəzifə adını - “Call operator” yazıb göndərməklə müraciət edə bilərsiniz.
Oxşar vakansiyalar