Əməkhaqqı və Kadr İnzibatçılığı üzrə İnsan Resursları Mütəxəssisi

Azroksan LLC Son tarix: 29 мая 2026 113

Vəzifə öhdəlikləri

İnsanlarla işləməyi sevən, komandamızı gücləndirəcək, güclü əmək qanunvericilik biliyi olan və HR proseslərinə real dəyər qatacaq Əməkhaqqı və Kadr İnzibatçılığı üzrə İnsan Resursları Mütəxəssisi axtarırıq. 

Əsas vəzifə öhdəlikləri:

  • İş vaxtının tabel uçotunun aparılması, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və davamiyyət məlumatlarının düzgün işlənməsi 
  • İşçilərin əməkhaqqı hesablanması, müvafiq dəyişikliklərin sistemə düzgün daxil edilməsi və nəzarətdə saxlanılması 
  • İşə qəbul, işdən azad olunma, vəzifə və əməkhaqqı dəyişiklikləri üzrə əmrlərin hazırlanması və rəsmiləşdirilməsi 
  • Əmək qanunvericiliyinə uyğun olaraq kadr sənədlərinin hazırlanması və arxivləşdirilməsi 
  • Əmək müqavilələri, əlavə razılaşmalar və digər HR sənədlərinin hazırlanması 
  • Gündəlik HR əməliyyatlarında və digər inzibati məsələlərdə şöbəyə dəstək göstərilməsi 

Tələblər

  • İR sahəsində 3–5 il iş təcrübəsi
  • Tabel uçotu və kadr əmrlərinin hazırlanması üzrə güclü praktiki bilik 
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Qanunvericiliyi üzrə biliklər 
  • İngilis dili – bilməsi üstünlükdür
  • MS Excel proqramında yaxşı işləmək bacarığı 
  • Dəqiqlik, məxfilik və məsuliyyətlilik 
  • Analitik düşüncə və detallara diqqət
  • Güclü ünsiyyət və təşkilati bacarıqlar

CV-nizi mövzu hissəsində Əməkhaqqı və Kadr İnzibatçılığı üzrə İnsan Resursları Mütəxəssisi qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Qeyd: Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot