Mühasib - operator
Vəzifə öhdəlikləri
- Debitor və kreditor borclarının mühasibat uçotunun düzgün və vaxtında aparılmasını təmin etmək;
- Müştərilər və təchizatçılar üzrə hesablaşmaları 1C proqramında düzgün əks etdirmək və mütəmadi nəzarətdə saxlamaq;
- Debitor və kreditor borcları üzrə qalıqları mütəmadi təhlil etmək, yaranmış fərq və uyğunsuzluqları araşdırma
- Debitor və kreditorlar üzrə üzləşmə aktlarını tərtib etmək, qarşı tərəflərlə üzləşmələri həyata keçirmək, uçot məlumatlarının uyğunluğunu yoxlamaq və aşkar edilmiş fərqlərin səbəblərini araşdıraraq aradan qaldırılmasını təmin etmək;
- Alış və satış əməliyyatları üzrə müqavilə, hesab-faktura, elektron qaimə-faktura, təhvil-təslim aktı və digər ilkin mühasibat sənədlərinin düzgünlüyünü yoxlamaq
- Elektron qaimə-fakturaların uçot məlumatları ilə uyğunluğunu yoxlamaq və müəyyən edilmiş fərqlərin aradan qaldırılmasını təmin etmək;
- Təchizatçılara və digər kreditorlara ödənilməli məbləğləri müqavilə, sifariş, hesab-faktura və digər təsdiqedici sənədlər əsasında yoxlamaq;
- Bank əməliyyatlarını debitor və kreditor hesablaşmaları ilə üzləşdirmək, ödənişlərin düzgün təyinat üzrə bağlanmasına nəzarət etmək;
- Aylıq və illik bağlanış zamanı debitor-kreditor hesabları üzrə qalıqların düzgünlüyünü yoxlamaq və üzləşdirmək;
- Debitor-kreditor hesablaşmaları üzrə tələb olunan hesabat və analitik məlumatları hazırlamaq;
Tələblər
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Debitor və kreditor borclarının uçotu və qarşılıqlı hesablaşmalar üzrə yüksək səviyyədə bilik;
- Dil bilikləri: Azərbaycan dili , Rus dili yüksək səviyyədə bilmək.
- Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi
- MS Office proqramlarını, xüsusilə Microsoft Excel proqramını yüksək bilmək;
- 1C 8.3 proqramında işləmək bacarığı;
İş şəraiti
- Əmək haqqı 700- 800 Azn
- İş yeri: Binə qəsəbəsi
- İş vaxtı: 5 günlük iş qrafiki.
- Nahar və servis şirkət tərəfindən təmin olunur.
Oxşar vakansiyalar