Biznesə nəzarət bölmə müdiri

Decoliv Son tarix: 13 dekabr 2026 17

Vəzifə öhdəlikləri

  • Şirkətin maliyyə nəzarəti funksiyasını idarə etmək, maliyyə direktoruna mütəmadi və dəqiq idarəetmə hesabatları təqdim etmək.
  • Aylıq, rüblük və illik maliyyə nəticələrinin təhlilini aparmaq, kənarlaşmaları müəyyən etmək, səbəblərini araşdırmaq və düzəldici tədbirlər üzrə təkliflər hazırlamaq.
  • Satış, marja, əməliyyat xərcləri, inventar, itkilər, məhsul kateqoriyaları və digər əsas maliyyə göstəriciləri üzrə təhlillər hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Şirkətdə tətbiq olunan biznes proseslərinin və prosedurlarının yazılması, təhlili, yenilənməsi və təkmilləşdirilməsini təşkil etmək.
  • Maliyyə, satınalma, anbar, satış, ödəniş, təsdiq, xərc idarəetməsi və digər əlaqəli proseslər üzrə mövcud iş axınlarını analiz etmək, riskləri və nəzarət boşluqlarını müəyyən etmək.
  • Balans hesablarının, gəlir və xərc maddələrinin, ehtiyatların, kreditor və debitor borclarının mütəmadi təhlilini və uzlaşdırılmasını təmin etmək.
  • Audit proseslərində iştirak etmək, daxili və xarici auditorlara tələb olunan məlumat və izahların vaxtında təqdim olunmasını təmin etmək.
  • Vergi, mühasibatlıq və digər aidiyyəti funksiyalarla koordinasiyalı işləyərək maliyyə məlumatlarının vahid və düzgün olmasını təmin etmək.
  • Yeni nəzarət alətləri, hesabat formatları və analitik yanaşmalar tətbiq etməklə maliyyə idarəetməsinin səmərəliliyini artırmaq.
  • Rəhbərlik tərəfindən tələb olunan xüsusi maliyyə təhlillərini, biznes əsaslandırmalarını və qərarverməyə dəstək materiallarını hazırlamaq.
  • Xərclərin optimallaşdırılması, gəlirliliyin artırılması və əməliyyat effektivliyinin yüksəldilməsi istiqamətində təşəbbüslər irəli sürmək və icrasını izləmək.

Tələblər

  • Ali təhsil (Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə)
  • Müvafiq  sahəsində minimum 2-3 il iş təcrübəsi
  • MS Excel üzrə yaxşı səviyyə
  • Maliyyə və Mühasibatlıq sahəsi üzrə sertifikatların (ACCA) olması mütləqdir.
  • Analitik düşüncə, Komandada işləmək bacarığı.

Digər məlumatlar:

  • Əmək bazarına uyğun rəqabət qabiliyyətli əmək haqqı və bonus sistemi
  • Nahar ilə təminat
  • Korporativ mobil nömrə və aylıq danışıq limiti

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot