J
Mühasib
Vəzifə öhdəlikləri
- Sürücülər və avtomobillər üzrə uçotun aparılması;
- Kassa və bank əməliyyatlarının aparılması və uçotu;
- Gündəlik gəlir və xərclərin qeydiyyatı və nəzarətdə saxlanılması;
- Həftəlik və aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
- Gəlir, xərc, mənfəət və zərər göstəricilərinin aylıq, rüblük və illik təhlili;
- Maliyyə nəticələri barədə rəhbərliyə və aidiyyəti şöbələrə operativ məlumat verilməsi;
- Vəzifə ilə bağlı rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər
- Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- MS Office proqramları, xüsusilə Excel üzrə bilik;
- AR Vergi Məcəlləsi üzrə ilkin biliklər;
- Analitik düşüncə və rəqəmlərlə dəqiq işləmək bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik və tapşırıqları vaxtında yerinə yetirmək;
- Azərbaycan dilində sərbəst danışıq — rus dili biliyi üstünlükdür;
- Komandada işləmək bacarığı.
İş şəraiti
- Əməkhaqqı: 1000 AZN;
- Bazar ertəsi–cümə: 10:00–19:00;
- Şənbə: 10:00–14:00;
- Bazar günü istirahət.
Oxşar vakansiyalar