Kuryer-sürücü
Vəzifə öhdəlikləri
Biopet.shop şirkəti Bakı şəhəri və ətraf ərazilərdə ev heyvanları üçün məhsulların çatdırılmasını həyata keçirmək məqsədilə şəxsi avtomobili olan məsuliyyətli və punktual kuryer-sürücü axtarır.
Əsas vəzifə öhdəlikləri:
- Sifarişlərin qəbul və işlənməsi;
- Sifarişlərin müştərilərə vaxtında, qapıya qədər çatdırılması;
- Məhsulların müəyyən edilmiş marşrutlara uyğun çatdırılması;
- Daşınma zamanı məhsulların təhlükəsizliyinin və bütövlüyünün təmin edilməsi;
- Müştərilərlə nəzakətli və peşəkar ünsiyyətin qurulması;
- Şirkətin daxili nizam-intizam qaydalarına və standartlarına riayət edilməsi.
Namizədlərə tələblər:
- Yaş həddi: 20–45;
- B kateqoriyalı sürücülük vəsiqəsinin olması;
- Şəxsi avtomobilin olması (hibrid və ya dizel);
- Bakı şəhərini və ətraf əraziləri yaxşı tanımaq;
- Məsuliyyətli, diqqətli, punktual və çalışqan olmaq;
- Yüksək ünsiyyət bacarığına malik olmaq.
İş şəraiti
- 6 günlük tam ştat iş qrafiki;
- Əməkhaqqı: ilk ay 750 AZN + sifariş sayına uyğun bonus;
- 3 ay sonra 850 AZN + sifariş sayına uyğun bonus;
- Sifariş sayına uyğun bonus ilk aya da aiddir;
- Şəxsi avtomobil üçün istismar ödənişi;
- Hər 100 km üçün 10 litr benzin təminatı;
- Parkinq xərci: 20 AZN (aylıq);
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- Yanacaq xərclərinin şirkət tərəfindən qarşılanması;
- Mobil rabitə xərclərinin şirkət tərəfindən qarşılanması;
- Mehriban və dəstəkləyici kollektiv.
Telefon: +994 10 232 92 67
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Biopet.shop – komandamızın bir üzvü ol!
Oxşar vakansiyalar