Kuryer-sürücü

Biopet.shop Son tarix: 23 декабря 2026 19

Vəzifə öhdəlikləri

Biopet.shop şirkəti Bakı şəhəri və ətraf ərazilərdə ev heyvanları üçün məhsulların çatdırılmasını həyata keçirmək məqsədilə şəxsi avtomobili olan məsuliyyətli və punktual kuryer-sürücü axtarır.

Əsas vəzifə öhdəlikləri:

  • Sifarişlərin qəbul və işlənməsi;
  • Sifarişlərin müştərilərə vaxtında, qapıya qədər çatdırılması;
  • Məhsulların müəyyən edilmiş marşrutlara uyğun çatdırılması;
  • Daşınma zamanı məhsulların təhlükəsizliyinin və bütövlüyünün təmin edilməsi;
  • Müştərilərlə nəzakətli və peşəkar ünsiyyətin qurulması;
  • Şirkətin daxili nizam-intizam qaydalarına və standartlarına riayət edilməsi.

Namizədlərə tələblər:

  • Yaş həddi: 20–45;
  • B kateqoriyalı sürücülük vəsiqəsinin olması;
  • Şəxsi avtomobilin olması (hibrid və ya dizel);
  • Bakı şəhərini və ətraf əraziləri yaxşı tanımaq;
  • Məsuliyyətli, diqqətli, punktual və çalışqan olmaq;
  • Yüksək ünsiyyət bacarığına malik olmaq.

İş şəraiti

  • 6 günlük tam ştat iş qrafiki;
  • Əməkhaqqı: ilk ay 750 AZN + sifariş sayına uyğun bonus;
  • 3 ay sonra 850 AZN + sifariş sayına uyğun bonus;
  • Sifariş sayına uyğun bonus ilk aya da aiddir;
  • Şəxsi avtomobil üçün istismar ödənişi;
  • Hər 100 km üçün 10 litr benzin təminatı;
  • Parkinq xərci: 20 AZN (aylıq);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
  • Yanacaq xərclərinin şirkət tərəfindən qarşılanması;
  • Mobil rabitə xərclərinin şirkət tərəfindən qarşılanması;
  • Mehriban və dəstəkləyici kollektiv.

Telefon: +994 10 232 92 67

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Biopet.shop – komandamızın bir üzvü ol!

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot