C
Təchizat Meneceri
Vəzifə öhdəlikləri
CORE CONSTRUCTION MMC tikinti layihələri üzrə təchizat proseslərinin effektiv idarə olunması üçün komandamıza Təchizat Meneceri axtarır.
Əsas vəzifə öhdəlikləri:
- Tikinti layihələri üzrə material, avadanlıq və texniki vasitələrə olan tələbatın müəyyənləşdirilməsi;
- Təchizat planlarının hazırlanması və icrasına nəzarət;
- Yerli və xarici təchizatçılarla danışıqların aparılması;
- Qiymət təkliflərinin toplanması və müqayisəli təhlilinin aparılması;
- Ən sərfəli qiymət və şərtlərlə satınalmaların təşkili;
- Sifarişlərin vaxtında çatdırılmasına nəzarət;
- Müqavilə, hesab-faktura və digər təchizat sənədlərinin hazırlanması və izlənilməsi;
- Anbar və tikinti sahələri ilə koordinasiyanın təmin edilməsi;
- Təchizat xərclərinin optimallaşdırılması.
Tələblər
- Ali təhsil (iqtisadiyyat, logistika, mühəndislik və ya müvafiq sahə);
- Tikinti sektorunda təchizat və satınalma üzrə iş təcrübəsi;
- Tikinti materialları və bazar qiymətləri haqqında biliklər;
- Danışıqlar aparmaq və analitik düşünmək bacarığı;
- MS Excel və digər ofis proqramlarında işləmək bacarığı;
- Məsuliyyətlilik, operativlik və komanda ilə işləmək bacarığı.
Oxşar vakansiyalar