TikTok Komanda Koordinatoru

Super Toys Son tarix: 19 July 2026 31

Vəzifə öhdəlikləri

Supertoys komandamıza TikTok kontent proseslərini, yaradıcı komandanın iş axınını və kontentlərin icrasını koordinasiya edə biləcək TikTok Komanda Koordinatoru axtarırıq.

Əsas vəzifə öhdəlikləri:

  • TikTok kontent komandasının gündəlik iş prosesini koordinasiya etmək; 
  • Kontent planlarının hazırlanması və icrasına nəzarət etmək; 
  • Kontent yaradıcıları iş bölgüsünü təmin etmək; 
  • Kontentlərdə iştirak;
  • Çəkiliş planlarını hazırlamaq, çəkiliş proseslərinin vaxtında və effektiv həyata keçirilməsini təşkil etmək; 
  • Kontent ideyalarının toplanması, inkişaf etdirilməsi və icrasına nəzarət etmək; 
  • Trend mövzuları, viral formatları, rəqib səhifələri və bazar yeniliklərini analiz etmək; 
  • Hazırlanan videoların brend standartlarına və kontent strategiyasına uyğunluğunu yoxlamaq; 
  • TikTok paylaşım təqvimini idarə etmək; 
  • Paylaşımların nəticələrini analiz etmək və inkişaf təklifləri hazırlamaq; 
  • Kontent performansı və səhifələr üzrə həftəlik/aylıq hesabatlar hazırlamaq; 
  • Məhsulların TikTok kontentlərində düzgün təqdim olunmasını təmin etmək. 
  • TikTok canlı yayımlarının planlanması, koordinasiyası və icrasına nəzarət etmək;

Tələblər

  • Yaş: 22-35
  • TikTok platformasının kontent yaradılması, paylaşım mexanikası və performans analizləri üzrə peşəkar səviyyədə bilik və təcrübə;
  • Video çəkiliş və montaj prosesləri üzrə əsas bilik və praktiki anlayışa malik olmaq;
  • Komanda idarəetməsi və koordinasiya bacarığı; 
  • Kreativ düşüncə və ideya yaratmaq qabiliyyəti; 
  • Analitik düşüncə və nəticə yönümlü yanaşma; 

Təklif edilən şərtlər:

  • İş qrafiki: Tam iş günü
  • Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
  • Karyerada yüksəlmək imkanı
  • Əmək haqqı: 900 AZN+Bonus

Mövzu hissəsində “TikTok Komanda Koordinatoru” qeyd edərək şəkilli CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Əlaqə: 055-220-23-72 (whatsapp) 

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot