Reels Maker (Content Creator)

Walkit.az Son tarix: 06 July 2026 70

Vəzifə öhdəlikləri

• Instagram və TikTok üçün reels və digər short-form videoların hazırlanması;
• Video məzmun ideyalarının yaradılması və həyata keçirilməsi;
• Çəkilişlərin təşkili və aparılması;
• Hazırlanan videoların montaj edilməsi və paylaşım üçün uyğun formata salınması;
• Sosial media trendlərinin izlənilməsi və məzmunda tətbiq edilməsi.

Tələblər

• Instagram və TikTok üçün cəlbedici video məzmun hazırlamaq bacarığı;
• Kreativ düşüncə tərzi və müasir sosial media trendlərinə bələdlik;
• Telefon və ya kamera ilə keyfiyyətli çəkiliş aparmaq bacarığı;
• Adobe Premiere Pro, CapCut, VN və ya oxşar montaj proqramları ilə işləmək bacarığı;
• Süni intellekt alətlərindən məzmun yaradılması və montaj prosesində istifadə bacarığı;
• Məzmun ideyasını effektiv şəkildə vizual formaya çevirmək bacarığı;
• İtləri sevmək və onlardan qorxmamaq.

İş şəraiti

• Əməkhaqqı razılaşma yolu ilə müəyyən edilir;
• Mütəmadi olaraq ofisə gəlmək tələb olunmur;
• Həftəlik çəkiliş kvotası müəyyən edilir;
• Ödəniş hazırlanmış materialların həcminə əsasən həftəlik həyata keçirilir;
• Çəkiliş üçün şəxsi avadanlıqların (telefon, kamera və s.) olması üstünlük hesab olunur;
• Sosial media portfoliolarının və ya əvvəlki iş nümunələrinin təqdim edilməsi üstünlükdür.

 🐾 Walkit.az haqqında:
Walkit.az Bakıda ev itləri üçün peşəkar gəzinti xidməti təqdim edən startap layihəsidir. Məqsədimiz it sahiblərinin gündəlik həyatını asanlaşdırmaq, ev heyvanlarının müntəzəm gəzintilərini təmin etmək və etibarlı xidmət göstərməkdir. Əsasən tələbələrdən ibarət komandamız gənclərə əlavə gəlir əldə etməklə yanaşı, heyvanlarla işləmək imkanı yaradır.

📩 Müraciət etmək istəyən namizədlər CV-lərini və ya portfoliolarını "Reels Maker" başlığı ilə walkit.az@gmail.com ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot