Mobiloqraf (Mobil Video Kontent Yaradıcı)

Super Toys Son tarix: 19 July 2026 26

Vəzifə öhdəlikləri

Supertoys komandamıza mobil telefonla yaradıcı, trendə uyğun və satış yönümlü video kontentlər hazırlaya bilən Mobiloqraf axtarırıq.

  • Mobil telefon vasitəsilə TikTok, Instagram Reels və digər platformalar üçün video kontentlərin çəkilməsi və hazırlanması; 
  • Gündəlik kontent ideyalarının həyata keçirilməsi; 
  • Məhsulların kreativ və cəlbedici formada təqdim edilməsi; 
  • Trend formatlara uyğun qısa video kontentlərin hazırlanması; 
  • Montaj və video redaktə işlərinin görülməsi; 
  • Video montaj və edit işlərinin təyin olunmuş deadlinelərə uyğun olaraq vaxtında hazırlanması və təhvil verilməsi;
  • Kontent ideyalarının yaradıcı komandaya təqdim edilməsi; 
  • Kampaniya və endirimlərin video formatda təqdim olunması; 
  • Kontent yaradılmasında süni intellekt alətlərindən istifadə edərək ideya, ssenari və video optimizasiyasını həyata keçirmək. 

Tələblər

  • Yaş: 18-40
  • Müvafiq sahədə minimum 1 il təcrübə
  • Mobil telefonla video çəkiliş bacarığı; 
  • TikTok və Reels trendləri haqqında bilik; 
  • Kreativ düşüncə və kontent ideyası yaratmaq bacarığı; 
  • CapCut və ya oxşar mobil montaj tətbiqlərindən istifadə bacarığı; 
  • AI texnologiyalarından istifadə edərək video montaj və kreativ kontent hazırlama bacarığı
  • Sürətli işləmə və çevik adaptasiya qabiliyyəti; 
  • Aktiv və enerjili xarakter. 

Üstünlüklər:

  • Şəxsi avadanlığın olması üstünlükdür

Təklif edilən şərtlər:

  • İş qrafiki: Tam iş günü
  • Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
  • Karyerada yüksəlmək imkanı
  • Əmək haqqı: 900 AZN

Bacarıq və təcrübədən asılı olaraq, əməkdaşlıq modeli kontent sayına görə ödəniş formatında da müzakirə oluna bilər.

Mövzu hissəsində “Mobiloqraf (Mobil Video Kontent Yaradıcı)” qeyd edərək şəkilli CV-nizi və portfolionuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Əlaqə: 055-220-23-72 (whatsapp) 

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot