TikTok Komanda Koordinatoru
Vəzifə öhdəlikləri
Supertoys komandamıza TikTok kontent proseslərini, yaradıcı komandanın iş axınını və kontentlərin icrasını koordinasiya edə biləcək TikTok Komanda Koordinatoru axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
- TikTok kontent komandasının gündəlik iş prosesini koordinasiya etmək;
- Kontent planlarının hazırlanması və icrasına nəzarət etmək;
- Kontent yaradıcıları iş bölgüsünü təmin etmək;
- Kontentlərdə iştirak;
- Çəkiliş planlarını hazırlamaq, çəkiliş proseslərinin vaxtında və effektiv həyata keçirilməsini təşkil etmək;
- Kontent ideyalarının toplanması, inkişaf etdirilməsi və icrasına nəzarət etmək;
- Trend mövzuları, viral formatları, rəqib səhifələri və bazar yeniliklərini analiz etmək;
- Hazırlanan videoların brend standartlarına və kontent strategiyasına uyğunluğunu yoxlamaq;
- TikTok paylaşım təqvimini idarə etmək;
- Paylaşımların nəticələrini analiz etmək və inkişaf təklifləri hazırlamaq;
- Kontent performansı və səhifələr üzrə həftəlik/aylıq hesabatlar hazırlamaq;
- Məhsulların TikTok kontentlərində düzgün təqdim olunmasını təmin etmək.
- TikTok canlı yayımlarının planlanması, koordinasiyası və icrasına nəzarət etmək;
Tələblər
- Yaş: 22-35
- TikTok platformasının kontent yaradılması, paylaşım mexanikası və performans analizləri üzrə peşəkar səviyyədə bilik və təcrübə;
- Video çəkiliş və montaj prosesləri üzrə əsas bilik və praktiki anlayışa malik olmaq;
- Komanda idarəetməsi və koordinasiya bacarığı;
- Kreativ düşüncə və ideya yaratmaq qabiliyyəti;
- Analitik düşüncə və nəticə yönümlü yanaşma;
Təklif edilən şərtlər:
- İş qrafiki: Tam iş günü
- Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
- Karyerada yüksəlmək imkanı
- Əmək haqqı: 900 AZN+Bonus
Mövzu hissəsində “TikTok Komanda Koordinatoru” qeyd edərək şəkilli CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Əlaqə: 055-220-23-72 (whatsapp)
Oxşar vakansiyalar