Y
Əməkhaqqı üzrə mütəxəssis
Vəzifə öhdəlikləri
- Bonus, mükafat, əlavə iş saatı, gecə saatı və bayram günləri üzrə ödənişlərin hesablanması;
- Məzuniyyət (əmək, ödənişsiz, analıq və s.), ezamiyyət və xəstəlik vərəqələrinin hesablanması;
- Son haqq-hesabın (işdən çıxma zamanı) düzgün aparılması;
- Vergi, DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə tutulmaların düzgün hesablanması;
- Müvafiq dövlət orqanlarına aylıq və rüblük hesabatların hazırlanması və təqdim edilməsi;
- İcra sənədləri (aliment, kredit və s.) üzrə tutulmaların aparılması;
- İş vaxtının uçotu tabelinin yoxlanılması və əməkhaqqına inteqrasiyası;
- Ştat cədvəli və əmək haqqı fondunun nəzarətdə saxlanılması;
- Audit sorğularına və daxili yoxlamalara operativ məlumat təqdim edilməsi;
- Məxfi məumatların qorunmasının təmin edilməsi;
- HR və maliyyə şöbələri ilə koordinasiyalı işləmək;
- Əmək qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi;
- Əməkhaqqı üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması.
Tələblər
- Ali təhsil (Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə);
- Payroll və ya mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək qanunvericiliyini yaxşı bilmək və Vergi Məcəlləsi üzrə nəzəri biliklər;
- MS Excel (xüsusilə formulalar) üzrə yaxşı biliklər;
- SAP HR proqramında sərbəst işləmə bacarığı;
- Analitik düşünmə, detallara diqqət;
- Məsuliyyətli, məxfi məlumatlarla işləmək bacarığı;
- Komandada işləmə bacarığı.
İş şəraiti
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 5-8 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr
İmtiyazlar
- Könüllü tibbi sığorta
- Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
- Nahar təminatı
- Nəqliyyat servisi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar