Aparıcı kassir /Olivia (Kosmetika və baxım)

Olivia Beauty & Care Son tarix: 19 mart 2026 51

Vəzifə öhdəlikləri

Yeni açılmış və tez inkişaf edən “Olivia” Beauty & Care multibrend mağazalar şəbəkəsinə Kassir axtarırıq!

  • Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin tələb olunan qaydada qəbul edilməsi;
  • Kassadan keçən bütün pul vəsaitlərin, sənədlərin və qiymətlərin izlənilməsi, nəzarətdə saxlanılması və hesabatının aparılması;
  • Nağdsız və Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və müvafiq struktur əməkdaşlarına təhvil verilməsinin təmin edilməsi;
  • Müştərilərin yönləndirdiyi sualların səlahiyyət çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi;
  • Mağaza rəhbəri olmadığı müddətdə heyyətin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
  • Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • Mağaza daxilində satış və istifadə üçün olan maddi vəsaitlərə nəzarətin edilməsi;
  • Yaranan problemlərlə bağlı müvafiq struktur rəhbərlərinin məlumatlandırılması.

Tələblər

  • Natamam ali təhsil (Ali təhsil arzu olunandır);
  • Baş kassir və ya aparıcı kassir kimi minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
  • Kompüter bilikləri (MS Office, Mikro ERP və 1C proqramları ilə işləmə bacarığı)
  • Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik.

İş şəraiti

  • İş günləri: Növbəli iş qrafiki;
  • Şirkət daxili təlimlər;
  • İş yeri: Nərimanov filialı;
  • Sən də bizim komanda üzvü olmaq istəyirsənsə sadəcə Müraciət Et düyməsində göstərilən link vasitəsi ilə keçid edə bilərsən.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot