Daxili audit üzrə mütəxəssis
Vəzifə öhdəlikləri
- İllik audit planına uyğun olaraq audit yoxlamalarının həyata keçirilməsi;
- Kreditləşmə, kassa, əməliyyat və digər biznes proseslərinin daxili qayda və prosedurlara, həmçinin normativ tələblərə uyğun icra olunmasının qiymətləndirilməsi;
- Kredit portfelinin analiz edilməsi, daxili nəzarət nöqsanları barədə rəhbərliyə hesabat verilməsi və risklərin azaldılması üçün tövsiyələrin təqdim edilməsi;
- Aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi və daxili audit hesabatının hazırlanması;
- Yekunlaşmış daxili audit yoxlamaları üzrə tədbirlər planının monitorinqinin aparılması;
- Daxili audit prosedurları ilə bağlı digər tapşırıqların icra edilməsi.
Tələblər
- Ali təhsil;
- Minimum 3 il bank sahəsində iş təcrübəsi;
- “Bank olmayan kredit təşkilatları haqqında” qanunvericilik üzrə biliklər;
- Beynəlxalq Daxili Audit Standartları (IIA) üzrə biliklər;
- ACCA, CIA və s. beynəlxalq peşəkar sertifikatların olması üstünlükdür;
- Microsoft Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı (Word, Excel, Outlook);
- Məlumatların emalı və strukturlaşdırılması bacarığı;
- Azərbaycan dili səlis, rus dili və ingilis dili biliyi üstünlükdür.
- Analitik düşünmə və problemlərin idarə edilməsi bacarığı;
- Fırıldaqçılıq hallarının aşkar edilməsi bacarığı;
- Şifahi və yazılı ünsiyyət bacarığı;
- Vaxtın səmərəli idarə edilməsi bacarığı;
- Müstəqil və komanda daxilində effektiv işləmə bacarığı;
- Obyektiv düşünmə bacarığı.
İş şəraiti
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar