Mühasib
Vəzifə öhdəlikləri
Şirkətimizin mühasibatlıq proseslərinin dəqiq, düzgün və vaxtında aparılmasını təmin edəcək mühasib axtarırıq. Bu vəzifənin əsas məqsədi gündəlik və aylıq mühasibatlıq əməliyyatlarının aparılması, hesabatların hazırlanması və maliyyə məlumatlarının dəqiqliyinin təmin edilməsidir.
- Mühasibatlıq proseslərinin icrasında aktiv şəkildə iştirak etmək və bütün əməliyyatların düzgün qeydiyyata alınmasını təmin etmək ;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasına dəstək göstərmək;
- Mühasibat məlumatların toplanması, yoxlanılması, uyğunluğunun qiymətləndirilməsi və təhlilində iştirak etmək;
- Mühasibat sənədlərinin (qaimə, akt, müqavilələr və s.) düzgün şəkildə tərtib edilməsi və əməliyyatların icrasını təmin etmək;
- Vergi, statistika və digər məcburi hesabatların vaxtında və düzgün hazırlanmasını təmin etmək;
- Aylıq bağlanış proseslərində,balans hesablamalarında və digər gündəlik mühasibatlıq əməliyyatlarına dəstək göstərmək.
Tələblər
- Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- ACCA F3 sertifikatı olması üstünlükdür,
- Vergi qanunvericiliyi və mühasibat uçotu standartları üzrə yüksək səviyyədə biliklər;
- Diqqətlilik, dəqiqlik, məsuliyyət və işinə qarşı yüksək motivasiya;
- Komanda ilə işləmək qabiliyyəti və effektiv ünsiyyət qurmaq bacarığı;
- Vaxtın səmərəli planlaşdırılması və idarə olunması bacarıqları.
İş şəraiti
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
İmtiyazlar
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük
- Könüllü tibbi sığorta
- İşçinin inkişafı üçün təlim, tədris proqramları
- Rəqabətli əmək haqqı və bonus sistemi
- Şəhər mərkəzində ofis
- Korporativ tədbirlər
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar