D
Xərclər üzrə mühasib
Vəzifə öhdəlikləri
- Gündəlik xərcləri izləmək, onların təsdiqini, məbləğlərin düzgünlüyünü yoxlamaq və müvafiq xərc maddələri üzrə tam dəqiqliklə işləmək;
- Xərc maddələrini şöbələr üzrə düzgün bölüşdürmək, uyğunsuzluqlar aşkar edildikdə dərhal aradan qaldırılmasını təmin etmək;
- Satınalma şöbəsi tərəfindən alınan məhsulların sənədlər əsasında proqrama düzgün işlənilməsinə nəzarət etmək və təchizatçılarla mütəmadi üzləşmələr aparmaq;
- Dövri olaraq kreditorlar ilə üzləşmə aktlarını bağlamaq, yaranan fərqləri araşdırmaq və aradan qaldırmaq;
- Gələcək dövrün xərcləri (GDX), habelə Kapital xərcləri (CAPEX) və Əməliyyat xərclərinin (OPEX) fərqini bilmək və uçotunu qaydalara uyğun aparmaq;
- Əsas vəsaitlərin amortizasiya hesablanması metodlarını bilmək və onların mühasibat uçotunu düzgün təşkil etmək;
- Ciddi hesabat blankları, müqavilələr, qiymət razılaşdırma protokolları, invoyslar, təhvil-təslim aktları və e-qaimə fakturaları ilə işləmək.
Tələblər
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsinə malik olmaq;
- Maliyyə, mühasibatlıq və vergi qanunvericiliyi üzrə nəzəri və praktiki biliklərə sahib olmaq;
- Yüksək analitik düşünmə və detallara diqqət yetirmək bacarığına malik olmaq;
- MS Office üzrə yaxşı səviyyədə biliklər;
- Pərakəndə satış (Retail) sahəsində və şəbəkə mağazalarında iş təcrübəsinə malik olmaq üstünlükdür;
- Beynəlxalq sertifikatların olması üstünlükdür.
Şirkətimizin təklif etdiyi imkanlar
- Rəqabətqabiliyyətli əməkhaqqı;
- Peşəkar və mehriban iş mühiti;
- Karyera yüksəlişi və peşəkar inkişaf imkanları.
- Korporativ nömrə, nahar təminatı və servis xidməti
Oxşar vakansiyalar
1
Audit üzrə mütəxəssis
166 Təmizlik xidməti
G
Problemli Kreditlər üzrə Mütəxəssis
Global Collector MMC
A
Kiçik mühasib
Avromed Company MMC
P
Təkrarsığorta üzrə kiçik mütəxəssis/assi...
PASHA Insurance
P
Daxili Audit üzrə Auditor Köməkçisi
PASHA Bank
A
Kredit mütəxəssisi (Bölgə filialları)
ASEL Kredit