Xərclər üzrə mühasib

Decoliv Son tarix: 05 сентября 2026 51

Vəzifə öhdəlikləri

  • Gündəlik xərcləri izləmək, onların təsdiqini, məbləğlərin düzgünlüyünü yoxlamaq və müvafiq xərc maddələri üzrə tam dəqiqliklə işləmək;
  • Xərc maddələrini şöbələr üzrə düzgün bölüşdürmək, uyğunsuzluqlar aşkar edildikdə dərhal aradan qaldırılmasını təmin etmək;
  • Satınalma şöbəsi tərəfindən alınan məhsulların sənədlər əsasında proqrama düzgün işlənilməsinə nəzarət etmək və təchizatçılarla mütəmadi üzləşmələr aparmaq;
  • Dövri olaraq kreditorlar ilə üzləşmə aktlarını bağlamaq, yaranan fərqləri araşdırmaq və aradan qaldırmaq;
  • Gələcək dövrün xərcləri (GDX), habelə Kapital xərcləri (CAPEX) və Əməliyyat xərclərinin (OPEX) fərqini bilmək və uçotunu qaydalara uyğun aparmaq;
  • Əsas vəsaitlərin amortizasiya hesablanması metodlarını bilmək və onların mühasibat uçotunu düzgün təşkil etmək;
  • Ciddi hesabat blankları, müqavilələr, qiymət razılaşdırma protokolları, invoyslar, təhvil-təslim aktları və e-qaimə fakturaları ilə işləmək.

Tələblər

  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsinə malik olmaq;
  • Maliyyə, mühasibatlıq və vergi qanunvericiliyi üzrə nəzəri və praktiki biliklərə sahib olmaq;
  • Yüksək analitik düşünmə və detallara diqqət yetirmək bacarığına malik olmaq;
  • MS Office üzrə yaxşı səviyyədə biliklər;
  • Pərakəndə satış (Retail) sahəsində və şəbəkə mağazalarında iş təcrübəsinə malik olmaq üstünlükdür;
  • Beynəlxalq sertifikatların olması üstünlükdür.

Şirkətimizin təklif etdiyi imkanlar

  • Rəqabətqabiliyyətli əməkhaqqı;
  • Peşəkar və mehriban iş mühiti;
  • Karyera yüksəlişi və peşəkar inkişaf imkanları.
  • Korporativ nömrə, nahar təminatı və servis xidməti

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot