Xarici satınalma üzrə mütəxəssis
Vəzifə öhdəlikləri
Namizədə olan tələblər:
- Ali təhsil;
- Satınalma sahəsində 1-3 il iş təcrübəsi;
- Azərbaycan dili səlis, rus dili əla, ingilis dili yaxşı səviyyədə olmalı;
- Yüksək səviyyədə MS Office və 1C proqram biliyi.
- Satınalma sifarişlərinin qəbulu və icra edilməsi;
- Bazar araşdırmalarının aparılması və yeni tədarükçülərin tapılması;
- Satınalması tələb olunan məhsulun bazarda ən münasib qiymətə və keyfiyyətdə əldə olunmasının təmin edilməsi;
- Tender və ya qiymətinin müəyyən olunması üçün qiymət sorğularının keçirilməsi;
- Tədarükçünün seçilməsi və qiymətləndirilməsi üçün müqayisə cədvəllərinin (Bids Summary) hazırlanması və təqdim edilməsi;
- Tədarükçülərlə müqavilələrin bağlanılması və şərtlərinin müəyyən edilməsində iştirak;
- Müqavilə şərtləri üzrə öhdəliklərin vaxtında icrasına nəzarət edilməsi;
- Satınalma uçotunun aparılması üçün 1C proqramında tələb olunan əməliyyatların icra edilməsi;
- Malların tədarükçüdən təhvil alınması və ofis/anbara təhvil verilməsi;
- Bölmə daxili müvafiq hesabatların hazırlanaraq rəhbərə təqdim edilməsi və vaxtı-vaxtında yenilənməsi.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- Karyera inkişafı imkanları;
- İş yeri: Bakı, Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi
Oxşar vakansiyalar