İnsan Resursları üzrə Menecer (H&M)

Scandi-AZ Retail LLC Son tarix: 25 iyun 2026 27

Vəzifə öhdəlikləri

İş Yeri: Scandi-AZ Retail LLC

Lokasiya: Bakı, Azərbaycan

Vəzifənin təsviri

  • İR üzrə Menecer təşkilatın ümumi İnsan Resursları strategiyasını formalaşdırmaq və idarə etmək məsuliyyətini daşıyan yüksək səviyyəli rəhbər vəzifədir. Bu vəzifə strateji düşüncəli, perspektivli peşəkar tələb edir – şirkətin böyüməsini dəstəkləmək üçün genişləndirilə bilən İR çərçivələri qura, ən yaxşı təcrübələri tətbiq etməyə və zəruri infrastrukturu yarada biləcək namizəd. Vəzifə əhəmiyyətli qərar qəbuletmə səlahiyyətinə malikdir və gələcəkdə regional əməliyyatlar üzrə İR proseslərinin standartlaşdırılması və tənzimlənməsini əhatə edəcək. İlkin mərhələdə İR Menecer ehtiyac olduqda işə qəbul və inzibati İR proseslerini birbaşa idarə edəcək, eyni zamanda yüksək performanslı İR komandasını mərhələli şəkildə quracaq və inkişaf etdirəcək.

Strateji İR Rəhbərliyi:

  • Şirkətin biznes məqsədləri və uzunmüddətli inkişaf planları ilə uzlaşdırılmış İR strategiyasını hazırlamaq və tətbiq etmək
  • Təşkilati dizayn, işçi qüvvəsinin planlaşdırılması və istedad idarəetməsi məsələlərində Baş Menecere strateji məsləhətçi kimi fəaliyyət göstərmək
  • Ardıcıllıq və uygunluğu təmin etmək üçün İR siyasətlərini, prosedurlarını və idarəetmə çərçivələrini qurmaq və davamlı təkmilləşdirmək
  • Cari və gələcək regional əməliyyatlar üzrə standartlaşdırılmış İR proseslərinin hazırlanması və tətbiqinə rəhbərlik etmək
  • Dəyişikliklərin idarə olunması təşəbbüslərini irəli sürmək və yüksək performanslı təşkilati mədəniyyəti formalaşdırmaq
  • Təşkilati problemləri müstəqil qiymətləndirmək, həll yolları təklif etmək və vəzifə çərçivəsində əsaslandırılmış qərarlar qəbul etmək
  • İR analitikasi və işçi qüvvəsi məlumatlarından istifadə edərək ştat planlaşdırması, kadr saxlama, performans tendensiyaları və təşkilati potensial üzrə əsaslandırılmış qərarlar qəbul etmək. Biznes planlaşdırmasını dəstəkləmək üçün Baş Menecere müntəzəm kadr göstəriciləri hesabatları təqdim etmək

Ümumi Mükafatlandırma və Kompensasiya:

  • Əməkhaqqı bençmarkinqi, dərəcələndirmə strukturları və müavinətlər daxil olmaqla şəffaf və rəqabətqabiliyyətli ümumi mükafatlandırma çərçivəsi hazırlamaq və saxlamaq
  • Gender əməkhaqqı bərabərliyini, daxili ardıcıllığı və yerli bazar standartlarına uyğunluğu təmin etmək
  • İşə qəbul və komanda qurma mərhələsində kompensasiya qərarlarında Baş Meneceri dəstəkləmək.

İşə Qəbul və İstedad Cəlbi:

  • İşəgötürən brendinqi və namizəd axtarma kanalları daxil olmaqla, tam işə qəbul strategiyasını müəyyən etmək və nəzarət etmək
  • Komanda qurulması mərhələsində vakansiya elanları, namizəd seçimi, müsahibələr və sənədləşdirmə daxil olmaqla işə qəbul proseslerini birbaşa idarə etmək
  • İşə qəbul üzrə KPI-ləri müəyyən etmək və izləmək (məs.: vakansiyanın bağlanma müddəti, kadr axını, işə qəbulun keyfiyyəti)
  • Yeni işçilərin Təlim və İnkişaf funksiyası tərəfindən idarə olunan adaptasiya prosesi prosesinə səlis keçidini təmin etmək

Təlim və İnkişaf:

  • Əməkdaşların adaptasiya prosesi, təlim və peşəkar inkişaf proqramları üçün strateji istiqaməti müəyyən etmək
  • Təsdiq olunmuş təlim planlarının icrasına nəzarət etmək və onların biznes nəticələrinə təsirini qiymətləndirmək
  • Təlim qeydiyyatları, davamiyyət jurnalları və geribildirim hesabatlarının yüksək standartda saxlanılmasını təmin etmək
  • Hədəflərin müəyyən olunması, rüblük və illik qiymətləndirmələr daxil olmaqla performansın idarə olunması dövrünü koordinasiya və dəstək etmək
  • Bacarıq boşluqlarını müəyyən etmək və təşkilati potensialı gücləndirən təşəbbüslərə rəhbərlik etmək

İR Əməliyyatları və Administrasiya:

  • HRIS/ERP sistemində əməkdaş məlumatlarının düzgünlüyünü və bütövlüyünü təmin etmək və bütün İR sənədləşdirməsinə nəzarət etmək
  • İlkin dövrdə ehtiyac olduqda adaptasiya prosesi sənədləri, məzuniyyət idarəetməsi, yerdəyişmələr və işdən çıxma daxil olmaqla inzibati İR proseslerini birbaşa idarə etmək
  • Əmək müqavilələri və hüquqi sənədlərin vaxtında hazırlanmasına nəzarət etmək
  • Daxili uygunluq yoxlamalarını aparmaq və audit hazırlığını koordinasiya etmək
  • Maliyyə funksiyasi ilə koordinasiyada dəqiq və vaxtında əməkhaqqı hesablamalarına nəzarət etmək, yerli əmək qanunvericiliyi, vergi tənzimləmələri və əmək müqaviləsi şərtlərinə tam uygunluğu təmin etmək. Əməkhaqqı qeydlərini saxlamaq və əməkhaqqı ilə bağlı soruşular üçün əsas İR əlaqə nöqtəsi kimi fəaliyyət göstərmək
  • Yerli əmək qanunvericiliyini və daxili şirkət siyasətlərini tam şəkildə riayət etmək

Tələblər

  • Təhsil: İnsan resursları, hüquq və ya biznesin idarə olunması üzrə bakalavr və ya magistr dərəcəsi.
  • Peşəkar sertifikat (məs., CIPD, SHRM) üstünlükdür.

Peşəkar Təcrübə:

  • İR əməliyyatlarında (işə qəbul, təlim və inkişaf, İR administrasiya) minimum 5 il, o cümlədən ən azı 3 il rəhbər vəzifədə iş təcrübəsi. İR funksiyalarını sıfırdan qurmaq və ya genişləndirmək təcrübəsi üstünlükdür.

Texniki Bacarıqlar:

  • HRIS/ERP sistemləri və Microsoft Office. İR analitikası və məlumata əsaslanan qərar qəbuletmə təcrübəsi.

Əsas Bacarıqlar:

  • Strateji düşüncə və vizyon
  • Operativ qərarvermə qabiliyyəti
  • Liderlik və komanda qurma
  • Problemlərin həlli və analitik düşüncə
  • Dəyişikliklərin idarə olunması
  • Konfliktlərin idarə olunması və ünsiyyət
  • Təşkilatcılıq və planlaşdırma
  • Detallara diqqət
  • Maraqlı tərəflərlə əlaqələrin idarəsi
  • Təqdimat bacarıqları

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot