A
Xaricdə Təhsil İşləri üzrə Mütəxəssis
Vəzifə öhdəlikləri
Vəzifə haqqında:
ARI Global olaraq, beynəlxalq təhsil sahəsində tələbələrə peşəkar dəstək göstərərək onların akademik hədəflərinə çatmasına töhfə verəcək Xaricdə Təhsil İşləri üzrə Mütəxəssis axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
- Xarici təhsil müəssisələrinin qəbul şərtləri və proqramlarının mütəmadi araşdırılması;
- Tələbələrə ölkə, şəhər, universitet və ixtisas seçimi üzrə peşəkar məsləhətlərin verilməsi;
- Qeydiyyat və müraciət proseslərinin düzgün təşkili və sənədləşmənin idarə olunması;
- Tələbələrin müraciətlərinin xarici təhsil müəssisələrinə təqdim edilməsi və prosesin davamlı təqibi;
- Zərurət yarandıqda valideynlərlə konsultativ görüşlərin keçirilməsi.
Tələblər
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- İngilis, Rus və ya Alman dili biliyi (ən azı birinin yaxşı səviyyədə olması mütləqdir);
- MS Office proqramları ilə işləmək bacarığı;
- Güclü araşdırma, planlama və qərarvermə bacarıqları;
- Yüksək ünsiyyət və təqdimat qabiliyyəti;
- Məsuliyyətlilik, dəqiqlik və müştəriyönümlü yanaşma.
Biz təklif edirik:
- Beynəlxalq təhsil sahəsində inkişaf və karyera imkanları;
- Peşəkar və dinamik iş mühiti;
- Rəqabətqabiliyyətli əməkhaqqı və bonus sistemi;
- Stabil və uzunmüddətli əməkdaşlıq imkanı.
Əməkhaqqı və digər şərtlər müsahibə mərhələsində müzakirə olunacaq.
Müraciət:
Uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar