A
Arxiv üzrə mütəxəssis
Vəzifə öhdəlikləri
- Mövcud qaydalara uyğun olaraq arxiv işini təşkil etmək;
- Sənədlərin qəbulunu, qeydiyyatını, sistemləşdirilməsini həyata keçirmək, mühafizəsini təşkil etmək;
- Şöbələr tərəfindən istifadə edilməyən sənədlərin arxivə təhvil verilməsini təşkil etmək, arxivə verilmiş işlərin nomenklatur-siyahısını hazırlamaq;
- Arxiv sənədlərini şifrələndirmək, sistemləşdirmək və yerləşdirmək, onların reyestrını və hesabatını tərtib etmək;
- Vaxtı keçmiş sənədlərin silinməsi və məhv edilməsini təşkil etmək və onları aktlaşdırmaq;
- Arxiv sənədlərinin elmi və praktiki qiymətləndirilməsi ekspertizası işində iştirak etməkArxiv sənədlərini və onların surətlərini vermək, arxiv sənədlərində olan məlumatlar əsasında arayışlar, sorğulara cavablar tərtib etmək və onların hesabatını aparmaq;
- Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, universitetin Nizamnaməsinə, təsisçilərin Ümumi Yığıncağının və Elmi Şuranın qərarlarına, rektorun əmr və göstərişlərinə əməl etmək;
- Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- Azərbaycan Respublikasının təhsil qanunvericiliyi, kargüzarlıq və arxiv işi sahəsində qüvvədə olan normativ-hüquqi aktları;
- Kargüzarlığın aparılmasının, arxiv işinin təşkilinin əsaslarını;
VƏZİFƏ TƏLƏBLƏRİ:
- Təhsil pilləsi (minimum): Bakalavr
- İxtisası: Fərq qoyulmur
- İş təcrübəsi (minimum): Kargüzarlıq sahəsində 3 (üç) ildən az olmayaraq əmək stajı
- Dil bilikləri: Azərbaycan; rus və ingilis dili (arzuolunandır)
- Kompüter bilikləri: MS ofis proqramları
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar