Təlim və inkişaf üzrə böyük mütəxəssis / Senior Learning & Development Specialist

Azerbaijan SuperMarket Son tarix: 18 iyun 2026 26

Vəzifə öhdəlikləri

Təlim və inkişaf üzrə böyük mütəxəssis

  • İş təhlili və karyera inkişafı vasitəsilə şirkətin təlim ehtiyaclarını müəyyən etmək və qiymətləndirmək;
  • Xüsusi biznes ehtiyaclarına cavab verən fərdi və qrup təlim proqramlarını hazırlamaq;
  • Effektiv və məqsədyönlü tədris metodlarını tətbiq etmək;
  • Xarici vendorlarla əməkdaşlığın idarə olunması və koordinasiyası;
  • Daxili təlimlərin təşkili və koordinasiyasını həyata keçirmək;Nəzərəçarpan nəticələr əldə etməyə yönəlmiş təlim vəsaitləri və materialları hazırlamaq;
  • Təlim materiallarının və proqramlarının aktuallığını, düzgünlüyünü və səmərəliliyini təmin etmək;
  • İşçilərin bacarıqlarını, performansını və fəaliyyətini qiymətləndirərək inkişaf sahələrini müəyyən etmək;
  • Təlimlərin biznes ehtiyaclarına uyğunluğunu və məhsuldarlığın artırılmasını təmin etmək məqsədilə təşkilat fəaliyyətini təhlil etmək;
  • Təşkilatın məqsədlərinə uyğun strateji təlim proqramları hazırlamaq;
  • Təlim planlarının, nəticələrinin və strategiyalarının uğurla həyata keçirilməsinə nəzarət etmək;
  • Şirkət siyasətlərinə və Standart Əməliyyat Prosedurlarına davamlı uyğunluğu təmin etmək.

Tələblər

  • İnsan Resursları, Biznesin İdarəedilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Təlim və inkişaf sahəsində minimum 3 il iş təcrübəsi;
  • Təlim proqramlarının hazırlanması və təqdimatı üzrə praktiki bilik;
  • Güclü ünsiyyət, təqdimat və analitik düşünmə bacarıqları;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • LMS (Learning Management System) platformaları ilə işləmək təcrübəsi;
  • Azərbaycan və ingilis dilində səlis yazılı və şifahi ünsiyyət, rus dili biliyi üstünlükdür
  • Strateji və analitik düşünmə bacarığı;
  • Liderlik və komanda ilə effektiv işləmək bacarığı;
  • Dəyişikliklərə uyğunlaşmaq və təşəbbüskar olmaq;
  • Güclü ünsiyyət və təqdimat bacarıqları;
  • Vaxtın və prioritetlərin düzgün idarə olunması bacarığı;
  • Peşəkar etik qaydalara riayət etmək.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot