D
Təlim üzrə aparıcı mütəxəssis
Vəzifə öhdəlikləri
İnsan kapitalının inkişafına töhfə verəcək, innovativ yanaşmaları ilə təlim və inkişaf proseslərini daha da gücləndirəcək “Təlim üzrə aparıcı mütəxəssis” axtarırıq.
- Şirkətin təlim və inkişaf ehtiyaclarını müəyyən etmək;
- Təlim planlarının hazırlanması və icrasını təşkil etmək;
- Satış, xidmət, məhsul biliyi və korporativ davranış mövzularında təlimlər keçirmək;
- Təlim materialları və təqdimatları hazırlamaq;
- Təlim sonrası qiymətləndirmə və hesabatlar aparmaq;
- Əməkdaşların inkişaf prosesinin izləmək və rəhbərlərə feedback təqdim etmək;
- Adaptasiya və onboarding proseslərinə dəstək olmaq;
- Təlim proqramları hazırlamaq, dizaynına və həyata keçirilməsinə dəstək olmaq;
- Təlim proqramlarının və təlimçilərin effektivliyini qiymətləndirmək, inkişaf yönümlü tövsiyələr vermək;
- Təlim və inkişaf nəticələri əsasında karyera yüksəlişini dəstəkləyən layihə və proseslərin tətbiqində iştirak etmək;
- İşçi heyətindən daxil olan təlim və inkişaf tələblərinin qeydə alınmasını və analizini təmin etmək;
- Əməkdaşların inkişaf planlarına uyğun təlim proqramlarını araşdırmaq və təşkil etmək;
- Təlimlərin İdarəedilməsi Sisteminin (LMS) tətbiqi və inkişaf prosesinə dəstək olmaq;
- Sorğu nəticələri üzrə hesabat və təqdimatlar hazırlamaq;
- Zərurət yarandıqda İR layihələrində iştirak etmək;
- Quizlər hazırlamaq, nəticələrin yoxlanmasını təmin etmək.
Tələblər
- Təlim və inkişaf, HR və ya əlaqəli sahədə minimum 3 il iş təcrübəsi;
- LMS sistemləri ilə işləmə təcrübəsi üstünlükdür;
- Analitik düşüncə və hesabat hazırlama bacarığı;
- MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
- Retail sahəsində təcrübə üstünlük hesab olunur.
Biz təklif edirik:
- Nahar və servis ilə təminat;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük tam iş qrafiki;
- Korporativ mobil nömrə.
CV-nizi mövzu hissəsində “Təlim üzrə aparıcı mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Oxşar vakansiyalar