Tələbə Koordinator

Div Academy Son tarix: 23 iyul 2026 53

Vəzifə öhdəlikləri

  • Tələbələrin qeydiyyatı, qruplaşdırılması və tədris prosesinin koordinasiyasını həyata keçirmək;
  • Tələbələrlə mütəmadi əlaqə saxlamaq, suallarını cavablandırmaq və dəstək göstərmək;
  • Dərs cədvəllərinin hazırlanması və dəyişikliklərlə bağlı tələbə və təlimçilərin məlumatlandırılması;
  • Dərs davamiyyəti və tələbə iştirakını izləmək, müvafiq hesabatları hazırlamaq;
  • Təlimçilərlə koordinasiyalı işləyərək dərs prosesinin fasiləsiz təşkilini təmin etmək;
  • Yeni qrupların açılması və tədris prosesinin planlaşdırılmasında iştirak etmək;
  • Tələbə məmnuniyyətini izləmək və yaranan problemlərin operativ həllinə dəstək olmaq;
  • CRM və daxili sistemlərdə məlumatların düzgün və vaxtında yenilənməsini təmin etmək.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və rus dili biliyi üstünlükdür);
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Güclü ünsiyyət, təşkilatçılıq və problem həll etmə bacarığı;
  • Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı;

İş şəraiti

  • Peşəkar və dinamik komandada çalışma imkanı;
  • Rahat və müasir iş mühiti;
  • İş yeri: Elmlər Akademiyası metro stansiyası yaxınlığı
  • İş rejimi: 6 günlük, 09:00 – 18:00 (şənbə günü qısaldılmış iş saatı)
  • Ə/H: 640 AZN (gross)

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot