Skip to main content
Vəzifə öhdəlikləri
- Tələbələrin qeydiyyatı, qruplaşdırılması və tədris prosesinin koordinasiyasını həyata keçirmək;
- Tələbələrlə mütəmadi əlaqə saxlamaq, suallarını cavablandırmaq və dəstək göstərmək;
- Dərs cədvəllərinin hazırlanması və dəyişikliklərlə bağlı tələbə və təlimçilərin məlumatlandırılması;
- Dərs davamiyyəti və tələbə iştirakını izləmək, müvafiq hesabatları hazırlamaq;
- Təlimçilərlə koordinasiyalı işləyərək dərs prosesinin fasiləsiz təşkilini təmin etmək;
- Yeni qrupların açılması və tədris prosesinin planlaşdırılmasında iştirak etmək;
- Tələbə məmnuniyyətini izləmək və yaranan problemlərin operativ həllinə dəstək olmaq;
- CRM və daxili sistemlərdə məlumatların düzgün və vaxtında yenilənməsini təmin etmək.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və rus dili biliyi üstünlükdür);
- MS Office proqramlarında işləmə bacarığı;
- Güclü ünsiyyət, təşkilatçılıq və problem həll etmə bacarığı;
- Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı;
İş şəraiti
- Peşəkar və dinamik komandada çalışma imkanı;
- Rahat və müasir iş mühiti;
- İş yeri: Elmlər Akademiyası metro stansiyası yaxınlığı
- İş rejimi: 6 günlük, 09:00 – 18:00 (şənbə günü qısaldılmış iş saatı)
- Ə/H: 640 AZN (gross)
Telegram Bot