SMM Menecer
Vəzifə öhdəlikləri
Komandamıza kreativ, məsuliyyətli və nəticə yönümlü SMM Menecer axtarırıq.
- Sosial media hesablarının gündəlik idarə olunması
- Aylıq və həftəlik kontent planının hazırlanması
- Kreativ post mətnləri, storilər və paylaşım ideyalarının hazırlanması
- Video kontentin çəkilməsi, montaj edilməsi və yayımlanması
- Reels, TikTok və digər qısa formatlı videoların hazırlanması
- Sosial media reklamlarının planlanması və icrası
- Auditoriya ilə ünsiyyətin idarə olunması, mesaj və şərhlərin nəzarətdə saxlanılması
- Səhifələrin inkişafı üçün yeni ideyaların təklif olunması
- Göstəricilərin analizi və aylıq hesabatların təqdim edilməsi
Tələblər
- SMM və ya sosial media idarəçiliyi üzrə iş təcrübəsi
- Kreativ düşüncə və güclü vizual zövq
- Video çəkilişi və montaj bacarığı
- Canva, CapCut, InShot, Adobe Premiere Pro və ya oxşar proqramlarda işləmə bacarığı
- Meta Business Suite, Instagram, Facebook, TikTok platformaları üzrə yaxşı bilik
- Reklam kabineti ilə işləmə təcrübəsi üstünlükdür
- Azərbaycan dilində səlis yazı bacarığı, rus və ya ingilis dili biliyi üstünlükdür
- Trendləri izləyən və onları kontentə uyğunlaşdırma bacarığı
- Məsuliyyətli, operativ və komanda ilə işləmə bacarığı
Əməkhaqqı: 700-1000 azn
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində qeyd edin: “SMM Menecer”
Oxşar vakansiyalar