U
Məhsul sahibi – kiçik mütəxəssis (Junior Product Owner)
Vəzifə öhdəlikləri
- Məhsul vizyonunun və strategiyasının formalaşdırılması, maraqlı tərəflərlə uyğunlaşdırılması və icrasının təmin edilməsi;
- Məhsul backlog-unun yaradılması, strukturlaşdırılması və prioritetləşdirilməsi;
- Biznes tələblərinin toplanması, analizi və texniki komandaya aydın şəkildə çatdırılması;
- Agile/Scrum komandası ilə gündəlik əməkdaşlıq;
- Sprint planlaşdırma, demo və retrospektiv iclaslarında iştirak;
- Məhsulun buraxılışlarını planlaşdırmaq və idarə etmək;
- Müştəri rəylərinin və istifadəçi davranışlarının toplanması və nəzərə alınması;
- Bazar və rəqib analizlərinin aparılması;
- Layihənin vaxtında və büdcəyə uyğun şəkildə çatdırılmasına nəzarət
- Maraqlı tərəflərlə effektiv kommunikasiya və koordinasiya.
Tələblər
- İT, biznes idarəçiliyi və ya əlaqəli sahədə ali təhsil;
- Product Owner və ya Project Manager kimi minimum 1 il iş təcrübəsi;
- Agile/Scrum metodologiyaları üzrə baza bilik;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Effektiv kommunikasiya və komandada işləmə bacarığı;
- Jira, Trello, Asana və ya digər layihə idarəetmə alətləri ilə işləmə bacarığı;
- UX/UI əsas anlayışları üstünlükdür;
- Tapşırıqların və layihə fəaliyyətlərinin planlaşdırılması və prioritetləşdirilməsi bacarığı;
- Biznes tələblərinin düzgün formalaşdırılması və komandaya aydın şəkildə çatdırılması bacarığı;
- Azərbaycan dili səlis, ingilis və rus dillərində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı.
Oxşar vakansiyalar