Sənəd üzrə nəzarətçi
Vəzifə öhdəlikləri
- Layihə üzrə bütün texniki sənədləri, planları, məktubları, icazələri və aktları qəbul etmək, qeydiyyatını aparmaq, arxivləmək;
- Gələn və gedən sənədlərin sistemli qeydiyyatını və izlənməsini təmin etmək;
- Çertyoj və sənəd versiyalarını nəzarətdə saxlamaq, düzgün fayl və tarixlərlə qeyd etmək;
- Podratçılardan daxil olan sənədlərin düzgünlüyünü yoxlamaq və aidiyyəti üzrə yönləndirmək;
- Sənədlərin təsdiq mərhələlərini izləmək və gecikmə hallarında əlaqədar tərəfləri məlumatlandırmaq;
- Arxiv və server strukturlarını standartlara uyğun şəkildə təşkil və idarə etmək;
- Layihə komandası və rəhbərlik üçün gündəlik, həftəlik və aylıq sənəd hesabatlarını hazırlamaq;
- Məxfi və vacib sənədlərin qorunmasını və düzgün şəkildə yayılmasını təmin etmək;
- Təsdiqlənmiş və istifadə olunacaq son versiyaların “For Construction” statusu ilə sahəyə paylaşımını təmin etmək.
Tələblər
- Azərbaycan dilində rəsmi yazışma qaydalarını bilmək;
- MS Office proqramlarında (xüsusilə Word, Excel) işləmək bacarığı;
- Elektron sənəd dövriyyə sistemləri ilə işləmə bacarığı;
- Arxivləşdirmə və sənədlərin saxlanma qaydalarını bilmək;
- Tikinti üzrə keyfiyyət sənədləri ilə bağlı məlumatlılıq;
- Analitik düşüncə və qeydiyyat bacarığı;
Tələb olunan təhsil, iş təcrübəsi:
- Təcrübə: Sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Təhsil: Ali təhsil.
İş şəraiti
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik?
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sənəd üzrə nəzarətçi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiyalar