Sənəd üzrə nəzarətçi

Avrora Son tarix: 10 April 2026 143

Vəzifə öhdəlikləri

  • Layihə üzrə bütün texniki sənədləri, planları, məktubları, icazələri və aktları qəbul etmək, qeydiyyatını aparmaq, arxivləmək;
  • Gələn və gedən sənədlərin sistemli qeydiyyatını və izlənməsini təmin etmək;
  • Çertyoj və sənəd versiyalarını nəzarətdə saxlamaq, düzgün fayl və tarixlərlə qeyd etmək;
  • Podratçılardan daxil olan sənədlərin düzgünlüyünü yoxlamaq və aidiyyəti üzrə yönləndirmək;
  • Sənədlərin təsdiq mərhələlərini izləmək və gecikmə hallarında əlaqədar tərəfləri məlumatlandırmaq;
  • Arxiv və server strukturlarını standartlara uyğun şəkildə təşkil və idarə etmək;
  • Layihə komandası və rəhbərlik üçün gündəlik, həftəlik və aylıq sənəd hesabatlarını hazırlamaq;
  • Məxfi və vacib sənədlərin qorunmasını və düzgün şəkildə yayılmasını təmin etmək;
  • Təsdiqlənmiş və istifadə olunacaq son versiyaların “For Construction” statusu ilə sahəyə paylaşımını təmin etmək.

Tələblər

  • Azərbaycan dilində rəsmi yazışma qaydalarını bilmək;
  • MS Office proqramlarında (xüsusilə Word, Excel) işləmək bacarığı;
  • Elektron sənəd dövriyyə sistemləri ilə işləmə bacarığı;
  • Arxivləşdirmə və sənədlərin saxlanma qaydalarını bilmək;
  • Tikinti üzrə keyfiyyət sənədləri ilə bağlı məlumatlılıq;
  • Analitik düşüncə və qeydiyyat bacarığı;

Tələb olunan təhsil, iş təcrübəsi:

  • Təcrübə: Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Təhsil: Ali təhsil.

İş şəraiti

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46C.

Biz nə təklif edirik?

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Sənəd üzrə nəzarətçi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot