T
Sənəd dövriyyəsi üzrə mütəxəssis
Vəzifə öhdəlikləri
- Hüquqi və rəsmi sənədlərin qəbulunu, saxlanılmasını, yenilənməsini və paylaşılmasını təşkil etmək;
- Şirkət daxilində müəyyən edilmiş sənəd formatlarına və sənəd mübadiləsi standartlarına riayət olunmasına nəzarət etmək;
- Şirkətdən çıxan sənədlərin göndərilməsini təşkil etmək və onların qeydiyyatını aparmaq;
- Şirkətə daxil olan sənədlərin qəbulu, ilkin işlənməsi, qeydiyyatı və aidiyyəti üzrə yönləndirilməsini təmin etmək;
- Sənədlərin müvafiq məlumat bazalarında düzgün formatda saxlanılmasını təşkil etmək;
- Texniki sənədləri müvafiq kodlaşdırma sisteminə uyğun olaraq nömrələmək və identifikasiya etmək;
- Sənəd mübadiləsini şirkətdaxili sənədlərə nəzarət proseduruna uyğun həyata keçirmək;
- Vaxtı keçmiş sənədlər barədə komanda üzvlərini məlumatlandırmaq;
- Tanışlıq və Təhvil-Təslim iclaslarını təşkil etmək, iclaslarda iştirak etmək və qeydlər aparmaq;
- Podratçı və Sifarişçi şirkətlərlə sənədləşmə işlərini koordinasiya etmək, onların tələb olunan sənəd nümunələri ilə təmin edilməsini və sistemli sənəd mübadiləsini təşkil etmək;
- Təsdiq olunmuş müqavilələrin uyğunluğunu yoxlamaq və qeydiyyata almaq;
- Şöbələrarası sənəd dövriyyəsini koordinasiya etmək;
- Həftəlik və aylıq hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək;
- Müqavilələrin və digər tələb olunan sənədlərin reyestrini aparmaq;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin icrasını həyata keçirmək.
Tələblər
- Ali təhsil;
- Sənədlərə nəzarət və ya sənəd dövriyyəsi sahəsində iş təcrübəsi arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili (İngilis və rus dilləri arzuolunandır);
- MS Office proqramlarında işləmək bacarığı;
- Yüksək səviyyədə işgüzar yazışma bacarığı;
- Komandada işləmək və effektiv ünsiyyət bacarığı.
İş şəraiti
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00
Maraqlanan namizədlər CV-lərini “Sənəd dövriyyəsi üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar