Satınalma üzrə assistent
Vəzifə öhdəlikləri
- Daxil olan satınalma tələblərinin qəbul edilməsi, yoxlanılması və dəqiqləşdirilməsi
- Məhsulun spesifikasiyası, artikul, miqdar və digər məlumatların düzgünlüyünün yoxlanılması
- Mövcud və potensial tədarükçülərin araşdırılması, qiymət sorğularının (RFQ) hazırlanması və göndərilməsi
- Tədarükçü təkliflərinin qiymət, çatdırılma müddəti, ödəniş şərtləri və digər göstəricilər üzrə müqayisə edilməsi
- Tədarükçülərlə gündəlik işgüzar yazışmaların aparılması və sifariş statuslarının izlənilməsi
- Proforma invoice, invoice, packing list və digər sənədlərin alınması və yoxlanılması
- Satınalma sifarişlərinin (PO) hazırlanması və təsdiq prosesinin izlənilməsi.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- İş yeri: Port Baku Tower 2;
- Nahar şirkət tərəfindən təmin olunur.
Tələblər
- Ali təhsil (iqtisadiyyat, logistika, biznesin idarə edilməsi və ya texniki sahə)
- Satınalma, logistika və ya gömrük sahəsində 6 ay–1 il iş təcrübəsi arzuolunandır
- Azərbaycan dili — sərbəst, İngilis dili — yüksək səviyyə;rus dili—arzuolunandır
- MS Office, xüsusilə Excel üzrə yaxşı səviyyədə bilik
- ERP və ya task idarəetmə sistemləri ilə işləmək bacarığı; Bitrix24 təcrübəsi üstünlükdür
- Diqqətlilik, məsuliyyətlilik, operativlik və analitik düşüncə.
Oxşar vakansiyalar