Satınalma üzrə assistent

Ram Holding Son tarix: 28 октября 2026 60

Vəzifə öhdəlikləri

  • Daxil olan satınalma tələblərinin qəbul edilməsi, yoxlanılması və dəqiqləşdirilməsi
  • Məhsulun spesifikasiyası, artikul, miqdar və digər məlumatların düzgünlüyünün yoxlanılması
  • Mövcud və potensial tədarükçülərin araşdırılması, qiymət sorğularının (RFQ) hazırlanması və göndərilməsi
  • Tədarükçü təkliflərinin qiymət, çatdırılma müddəti, ödəniş şərtləri və digər göstəricilər üzrə müqayisə edilməsi
  • Tədarükçülərlə gündəlik işgüzar yazışmaların aparılması və sifariş statuslarının izlənilməsi
  • Proforma invoice, invoice, packing list və digər sənədlərin alınması və yoxlanılması
  • Satınalma sifarişlərinin (PO) hazırlanması və təsdiq prosesinin izlənilməsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Port Baku Tower 2;
  • Nahar şirkət tərəfindən təmin olunur.

Tələblər

  • Ali təhsil (iqtisadiyyat, logistika, biznesin idarə edilməsi və ya texniki sahə)
  • Satınalma, logistika və ya gömrük sahəsində 6 ay–1 il iş təcrübəsi arzuolunandır
  • Azərbaycan dili — sərbəst, İngilis dili — yüksək səviyyə;rus dili—arzuolunandır
  • MS Office, xüsusilə Excel üzrə yaxşı səviyyədə bilik
  • ERP və ya task idarəetmə sistemləri ilə işləmək bacarığı; Bitrix24 təcrübəsi üstünlükdür
  • Diqqətlilik, məsuliyyətlilik, operativlik və analitik düşüncə.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot