Travel eSIM Satış Məsləhətçisi

Tripocell.com Son tarix: 26 июня 2026 75

Vəzifə öhdəlikləri

Beynəlxalq səyahətçilərlə işləməyi sevən, satış bacarıqlarına malik və xarici dillərdə ünsiyyət qura bilən xanım əməkdaş axtarırıq.

Vəzifələr:

  • Hava limanında yerləşən satış stendində sərnişinləri qarşılamaq
  • Travel eSIM və mobil internet xidmətləri haqqında ətraflı məlumat vermək
  • Müştərilərin səyahət istiqamətinə və ehtiyaclarına uyğun internet paketləri təklif etmək
  • Satış prosesini həyata keçirmək və müştəri məmnuniyyətini təmin etmək
  • eSIM-in quraşdırılması və istifadəsi ilə bağlı müştərilərə dəstək göstərmək
  • Satış hədəflərinə nail olmaq və gündəlik hesabatları təqdim etmək

Tələblər

  • Xanım namizəd
  • Satış və ya müştəri xidmətləri sahəsində minimum 1 il iş təcrübəsi
  • Səyahət sahəsinə maraq və səyahət təcrübəsi
  • Son 1 il ərzində ən azı 1 dəfə xarici ölkəyə səyahət etmiş namizədlərə üstünlük veriləcək
  • Azərbaycan dilində sərbəst danışıq
  • Rus və ya ingilis dilini yaxşı səviyyədə bilmək MÜTLƏQDİR
  • Ünsiyyət və təqdimat bacarığı yüksək olmalı
  • Müştərilərlə işləməyi bacarmalı və satış yönümlü düşüncəyə malik olmalı
  • Smartfon və mobil tətbiqlərdən sərbəst istifadə bacarığı
  • Məsuliyyətli, intizamlı və komandada işləmə bacarığı

Biz təklif edirik:

  • İş yeri: Hava Limanı
  • Əmək haqqı: 700 AZN + satış bonusları
  • Satış nəticələrinə əsasən bonus sistemi
  • Məhsul və satış üzrə təlimlər
  • Beynəlxalq mühitdə işləmək imkanı
  • Karyera inkişaf perspektivi

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot