Satış Mütəxəssisi

Aura Məişət Teknikası Son tarix: 22 июня 2026 54

Vəzifə öhdəlikləri

İş haqqında məlumat

  • Almaniyanın köklü şirkətlərindən olan Aura GMBH -ın Rəsmi Azərbaycan distribyutoru olan Aura MMC üzrə Satış təmsilcisi olaraq vəzifələndirilmək üçün Bəy və Xanım nümayəndələr tələb olunur Uğurların karyeraya çevrildiyi bu ofislərdə enerjinizin qarşılığını almağın xoşbəxtliyini yaşayacaqsınız.
  • Mərkəzi sistemdə qeydiyyatdan keçmiş potensial müştərilərdən alınmış müəyyən vaxt və məkanda görüşlərdə satış məqsədi ilə təqdimatlar etmək və mövcud müştərilərimizə məmnuniyyət yönümlü ziyarətlər etmək. Satışlar canlı olaraq üz-üzə olan görüşlərdə həyata keçirilir  
  • Hazır müştəri namizədləri ilə görüşlərin keçirilməsi.
  • Görüş zamanı şirkət məhsullarının təqdimatını həyata kecirmək.
  • Təqdimat zamanı məhsul satışının reallaşdırılması.
  • Günün sonunda görülən işlər barəsində rəhbərliyə hesabat vermək.

Tələblər

  • Yaş - 20 yaşdan 45 yaşadək
  • Fərdi munasibətlərdə bacarıqlı, təmsil etmə bacarığı olan,
  • Karyerasını satış sahəsində inkişaf etdirməyi hədəfləyən,
  • Performansa bağlı yüksək gəlir əldə etməyi hədəfləyən,
  • Müştəri yönümlü və müştəri məmnuniyyətinə önəm verən,
  • Təcübəli olanlara üstünlük verilir,
  • Məsuliyyətli,
  • Komanda işinə meyilli,
  • Ünsiyyətdə hər zaman müsbət yönləri görə bilən,
  • Gülər üzlü və təlimlərə hər zaman acıq olan,
  • Şəxsi gigyenasına və geyim tərzinin ofis ortamına uyğun olmasına önəm verən,
  • Bəy namizədlər üçün hərbi xidməti başa vurmuş və ya bu xidmətlə bağlı hər hansı bir prosses icində olmayan.

İş şəraiti

  • İş günləri - həftədə 6 iş günü
  • İstirahət günü - Bazar günü
  • İş saatı - 11:00-dan - 19:00-dək
  • Nahar şirkətin yeməkxanasında təmin olunur
  • Təqdimatlar üçün təyin olunmuş nəqliyyat xərclərilə təmin olunur
  • Əmək haqqı: sabit maaş + yüksək bonus.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot