Tədris üzrə Koordinator

Arı Global Son tarix: 30 апреля 2026 177

Vəzifə öhdəlikləri

Vəzifə haqqında:
ARI Global olaraq, tədris prosesinin yüksək keyfiyyət standartlarına uyğun təşkilini və davamlı inkişafını təmin edəcək, sistemli və məsuliyyətli Tədris üzrə Koordinator axtarırıq.
Əsas vəzifə öhdəlikləri:

  • Tədris cədvəllərinin strateji şəkildə planlaşdırılması və tədris jurnallarının effektiv idarə olunması;
  • Tədris proqramlarının icrasına nəzarət və keyfiyyətin mütəmadi monitorinqi;
  • Dərs prosesinin yüksək standartlara uyğun təşkilinin təmin edilməsi;
  • Müasir tədris metodları və əyani vəsaitlərin tətbiqinin təşkili;
  • Tələbələrin akademik nəticələrinin təhlili və qiymətləndirmə prosesinin idarə olunması;
  • Akademik və davranış baxımından risk qrupuna daxil olan tələbələrlə fərdi işin təşkili;
  • Tələbə və valideynlərlə peşəkar kommunikasiya və müntəzəm məlumatlandırma.

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • İngilis, Rus və ya Alman dili biliyi (ən azı birinin yaxşı səviyyədə olması mütləqdir);
  • Analitik düşünmə, təşkilatçılıq və problem həll etmə bacarıqları;
  • Yüksək kommunikasiya və təqdimat qabiliyyəti;
  • Komanda ilə işləmə bacarığı və liderlik potensialı;
  • Məsuliyyətlilik, dəqiqlik və nəticəyönümlülük.

Biz təklif edirik:

  • Peşəkar və dinamik iş mühiti;
  • Karyera inkişafı və davamlı təlim imkanları;
  • Rəqabətqabiliyyətli əməkhaqqı və motivasiyaedici bonus sistemi;
  • Stabil və uzunmüddətli əməkdaşlıq imkanı.

Əməkhaqqı və digər şərtlər müsahibə mərhələsində müzakirə olunacaq.
Müraciət:
Uyğun namizədlər CV-lərini 
Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot