A
Tədris üzrə Koordinator
Vəzifə öhdəlikləri
Vəzifə haqqında:
ARI Global olaraq, tədris prosesinin yüksək keyfiyyət standartlarına uyğun təşkilini və davamlı inkişafını təmin edəcək, sistemli və məsuliyyətli Tədris üzrə Koordinator axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
- Tədris cədvəllərinin strateji şəkildə planlaşdırılması və tədris jurnallarının effektiv idarə olunması;
- Tədris proqramlarının icrasına nəzarət və keyfiyyətin mütəmadi monitorinqi;
- Dərs prosesinin yüksək standartlara uyğun təşkilinin təmin edilməsi;
- Müasir tədris metodları və əyani vəsaitlərin tətbiqinin təşkili;
- Tələbələrin akademik nəticələrinin təhlili və qiymətləndirmə prosesinin idarə olunması;
- Akademik və davranış baxımından risk qrupuna daxil olan tələbələrlə fərdi işin təşkili;
- Tələbə və valideynlərlə peşəkar kommunikasiya və müntəzəm məlumatlandırma.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- İngilis, Rus və ya Alman dili biliyi (ən azı birinin yaxşı səviyyədə olması mütləqdir);
- Analitik düşünmə, təşkilatçılıq və problem həll etmə bacarıqları;
- Yüksək kommunikasiya və təqdimat qabiliyyəti;
- Komanda ilə işləmə bacarığı və liderlik potensialı;
- Məsuliyyətlilik, dəqiqlik və nəticəyönümlülük.
Biz təklif edirik:
- Peşəkar və dinamik iş mühiti;
- Karyera inkişafı və davamlı təlim imkanları;
- Rəqabətqabiliyyətli əməkhaqqı və motivasiyaedici bonus sistemi;
- Stabil və uzunmüddətli əməkdaşlıq imkanı.
Əməkhaqqı və digər şərtlər müsahibə mərhələsində müzakirə olunacaq.
Müraciət:
Uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar