Sosial Media üzrə kiçik mütəxəssis

Azerbaijan SuperMarket Son tarix: 01 марта 2026 167

Vəzifə öhdəlikləri

  • Şirkətin rəsmi sosial media səhifələrini (Facebook, Instagram, TikTok, LinkedIn) izləmək, həmçinin #Bravo və @Bravo qeyd olunan paylaşımları, ictimai postları, istifadəçi hekayələrini, xəbər səhifələrini, bloqerləri, media nümayəndələrini və qapalı qrupları monitorinq etmək.
  • Müştərilərin mesaj və şərhlərinə təsdiqlənmiş kommunikasiya qaydalarına uyğun şəkildə operativ və dəqiq cavab vermək, istifadəçilərlə müsbət münasibət qurmaq və müştəri loyallığını artırmaq.
  • Mürəkkəb və ya həssas halları aidiyyəti şöbələrə yönləndirmək və məsələ tam həll olunana qədər izləmək.
  • Müştəri rəylərini, şikayət və təkliflərini Contact Center sisteminə daxil etmək, kateqoriyalara bölmək və izləmək.
  • Contact Center və Müştəri Təcrübəsi komandaları ilə sıx əməkdaşlıq edərək bütün kanallarda vahid və müştəriyönümlü kommunikasiya təmin etmək.
  • Sosial media fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə müəyyən edilmiş KPI göstəricilərinin (müraciətlərin cavablanma müddəti, müştəri məmnuniyyəti və s.) yerinə yetirilməsini təmin etmək.
  • Sosial media fəaliyyətləri üzrə dövri hesabatların hazırlanmasına dəstək vermək — əsas meyilləri, təkrarlanan məsələləri və müştəri əhvalını (sentiment) təhlil etmək.
  • Kommunikasiya standartlarının, cavab şablonlarının və tez-tez verilən sualların (FAQ) təkmilləşdirilməsində iştirak etmək.
  • Brendin sosial mediada çəkilmə hallarını və onlayn kommunikasiya standartlarına uyğunluğu izləmək. Marketinq komandası ilə əməkdaşlıq edərək məzmunun brend üslubuna və kommunikasiya məqsədlərinə uyğunluğunu təmin etmək.
  • Sosial media kommunikasiya proseslərinin səmərəliliyini və keyfiyyətini artırmaq üçün ideyalar irəli sürmək.
  • Müəyyən edilmiş xidmət standartlarına riayət etmək və təyin olunmuş effektivlik göstəricilərinə (KPI-lara) nail olmaq üçün çalışmaq.

Tələblər

  • Bakalavr dərəcəsi; 
  • Müştəri xidmətləri, sosial media idarəçiliyi və digər əlaqəli sahələrdə iş təcrübəsi; 
  • Sərbəst Azərbaycan dili, orta səviyyədə Ingilis və ya Rus dili biliyi; 
  • MS Office proqramlarında işləməyi bilmək; 
  • Yüksək ünsiyyət bacarıqları; 
  • Müştəri yönümlülük; 
  • Analiz və problem həll etmə bacarığı; 
  • Komanda oyunçusu olmaq.
  • Müqavilə müddəti 6 ay
  • Növbəli qrafik

Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən email ünvanına “SM üzrə kiçik mütəxəssis” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul