Aparıcı mühasib

My Group Holding MMC Son tarix: 03 мая 2026 8

Vəzifə öhdəlikləri

Vəzifələr və məsuliyyətlər:

  • Müəssisənin maliyyə əməliyyatlarını və bütün gəlir və xərcləri mühasibat sistemində düzgün qeydə almalıdır.
  • Maliyyə hesabatlarının hazırlanması üçün lazımi məlumatların toplanması və sistematlaşdırılması.
  • Mühasibat uçotu və hesabatların aparılmasında beynəlxalq və yerli qanunvericiliyə uyğunluğun təmin     edilməsi.
  • Vergi öhdəliklərinin düzgün və vaxtında hesablanması, bəyannamələrin hazırlanması və təqdim edilməsi.
  • Vergi ödəmələrinin izlənilməsi və vergi auditlərinin həyata keçirilməsi.
  • Vergi qanunvericiliyi və dəyişikliklər barədə məlumatlı olmaq və müəssisəni bu sahədə düzgün istiqamətləndirmək.
  • Müəssisənin maliyyə vəziyyətini əks etdirən hesabatların hazırlanması üçün mühasibatlıq göstəricilərinin düzgünlüyünü təmin etmek.
  • Əmək haqqının, mükafatların və digər sosial təminatların düzgün hesablanması və ödənilməsi.
  • İşçilərin və dövlətin sosial sığorta ödənişlərinin düzgün şəkildə hesablanması və təqdim edilməsi.
  • Rəhbərliyə maliyyə məlumatları ilə bağlı mütəmadi hesabatlar vermək.

Tələb edilən bacarıqlar və təhsil:

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya digər əlaqəli sahələr üzrə ali təhsil 
  • Mühasibatlıq sahəsində ən azı 3-5 il təcrübə.
  • Mühasibatlıq, maliyyə və vergi qanunvericiliyi haqqında geniş biliklər.
  • Mühasibat proqramları (1C, SAP və s.) ilə işləmə bacarığı.
  • Microsoft Office (xüsusilə Excel) proqramlarını istifadə etmə bacarığı.
  • Azərbaycan dili – səlis, rus və ya ingilis dili biliyi arzuolunandır.

İş şəraiti

  • Əmək haqqı: 1300 man
  • İş qrafiki: I-V günlər (09:00-18:00); İstirahət günləri: şənbə və bazar.
  • İş yeri: H.Əliyev pr.152, Çinar Plaza.

Uyğun namizədlər CV fomalarını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu hissədə “Aparıcı mühasib” adını qeyd edərək göndərə bilərlər.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot