Satınalma üzrə mütəxəssis

Azdizayn Group Son tarix: 14 октября 2026 48

Vəzifə öhdəlikləri

  • Şirkətin fəaliyyət istiqamətinə uyğun olaraq kafel, keramoqranit, xırdavat, santexnika və digər tikinti materialları üzrə satınalma proseslərinin həyata keçirilməsi;
  • Yerli və xarici bazarın, xüsusilə tikinti materialları bazarının mütəmadi araşdırılması və bazar qiymətlərinin monitorinqi;
  • Yerli və xarici təchizatçıların araşdırılması, yeni və etibarlı təchizatçıların müəyyən edilməsi;
  • Xarici təchizatçılarla ingilis dilində yazışmaların və işgüzar danışıqların aparılması;
  • Təchizatçılardan kommersiya təkliflərinin alınması, qiymət, keyfiyyət, məhsul çeşidi, ödəniş və çatdırılma şərtlərinin müqayisəli təhlilinin aparılması;
  • Məhsulların bazar tələbatının və satış potensialının araşdırılması;
  • Yeni məhsulların və istehsalçıların araşdırılması və şirkət üçün uyğun məhsulların təklif edilməsi;
  • Sifarişlərin hazırlanması və təchizat prosesinin sifarişdən çatdırılmaya qədər izlənilməsi;
  • İdxal olunan məhsullar üzrə xarici təchizatçılar, logistika və çatdırılma prosesləri ilə bağlı işlərin koordinasiyası;
  • Proforma invoice, invoice, packing list və digər satınalma sənədlərinin yoxlanılması;
  • Mövcud təchizatçılarla əməkdaşlığın davam etdirilməsi və işgüzar münasibətlərin idarə olunması;
  • Satınalma üzrə qiymət və şərtlərin optimallaşdırılması, daha sərfəli təkliflərin müəyyən edilməsi;
  • Satınalma prosesləri ilə bağlı rəhbərliyə müvafiq hesabatların hazırlanması və təqdim edilməsi.

Tələblər

  • Ali təhsil;
  • Satınalma sahəsində minimum 3 il iş təcrübəsi;
  • Yerli və xarici bazarı, xüsusilə tikinti materialları bazarını yaxşı bilmək;
  • İngilis dilini yaxşı səviyyədə bilmək və xarici təchizatçılarla sərbəst ünsiyyət qurmaq bacarığı;
  • Kafel, keramoqranit, xırdavat, santexnika və digər tikinti materialları üzrə bazar və məhsul məlumatlarına sahib olmaq;
  • Yerli və xarici təchizatçıların axtarışı və qiymətləndirilməsi üzrə təcrübə;
  • MS Office proqramlarında, Mikro, xüsusilə Excel-də işləmək bacarığı;
  • Analitik düşüncə, qiymət müqayisəsi və bazar təhlili aparmaq bacarığı;
  • Güclü danışıqlar aparmaq və kommunikasiya bacarığı;
  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
  • Komanda ilə işləmək və iş prosesini düzgün planlaşdırmaq bacarığı.

Əmək şəraiti:

  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Pozitiv və dinamik iş mühiti;
  • İş qrafiki: Bazar ertəsi – Şənbə (6 gün);
  • İş vaxtı: 09:00–18:00;
  • Əmək haqqı 800-1000 Azn
  • Ünvan: Nərimanov, Əhməd Rəcəbli küç 208

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot