Satınalma üzrə mütəxəssis
Vəzifə öhdəlikləri
- Şirkətin fəaliyyət istiqamətinə uyğun olaraq kafel, keramoqranit, xırdavat, santexnika və digər tikinti materialları üzrə satınalma proseslərinin həyata keçirilməsi;
- Yerli və xarici bazarın, xüsusilə tikinti materialları bazarının mütəmadi araşdırılması və bazar qiymətlərinin monitorinqi;
- Yerli və xarici təchizatçıların araşdırılması, yeni və etibarlı təchizatçıların müəyyən edilməsi;
- Xarici təchizatçılarla ingilis dilində yazışmaların və işgüzar danışıqların aparılması;
- Təchizatçılardan kommersiya təkliflərinin alınması, qiymət, keyfiyyət, məhsul çeşidi, ödəniş və çatdırılma şərtlərinin müqayisəli təhlilinin aparılması;
- Məhsulların bazar tələbatının və satış potensialının araşdırılması;
- Yeni məhsulların və istehsalçıların araşdırılması və şirkət üçün uyğun məhsulların təklif edilməsi;
- Sifarişlərin hazırlanması və təchizat prosesinin sifarişdən çatdırılmaya qədər izlənilməsi;
- İdxal olunan məhsullar üzrə xarici təchizatçılar, logistika və çatdırılma prosesləri ilə bağlı işlərin koordinasiyası;
- Proforma invoice, invoice, packing list və digər satınalma sənədlərinin yoxlanılması;
- Mövcud təchizatçılarla əməkdaşlığın davam etdirilməsi və işgüzar münasibətlərin idarə olunması;
- Satınalma üzrə qiymət və şərtlərin optimallaşdırılması, daha sərfəli təkliflərin müəyyən edilməsi;
- Satınalma prosesləri ilə bağlı rəhbərliyə müvafiq hesabatların hazırlanması və təqdim edilməsi.
Tələblər
- Ali təhsil;
- Satınalma sahəsində minimum 3 il iş təcrübəsi;
- Yerli və xarici bazarı, xüsusilə tikinti materialları bazarını yaxşı bilmək;
- İngilis dilini yaxşı səviyyədə bilmək və xarici təchizatçılarla sərbəst ünsiyyət qurmaq bacarığı;
- Kafel, keramoqranit, xırdavat, santexnika və digər tikinti materialları üzrə bazar və məhsul məlumatlarına sahib olmaq;
- Yerli və xarici təchizatçıların axtarışı və qiymətləndirilməsi üzrə təcrübə;
- MS Office proqramlarında, Mikro, xüsusilə Excel-də işləmək bacarığı;
- Analitik düşüncə, qiymət müqayisəsi və bazar təhlili aparmaq bacarığı;
- Güclü danışıqlar aparmaq və kommunikasiya bacarığı;
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
- Komanda ilə işləmək və iş prosesini düzgün planlaşdırmaq bacarığı.
Əmək şəraiti:
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Pozitiv və dinamik iş mühiti;
- İş qrafiki: Bazar ertəsi – Şənbə (6 gün);
- İş vaxtı: 09:00–18:00;
- Əmək haqqı 800-1000 Azn
- Ünvan: Nərimanov, Əhməd Rəcəbli küç 208
Oxşar vakansiyalar